22) Yaranma sferasına görə kimyəvi təhlükəli qəzalar necə təsnifatlaşdırılır ?
Yaranma sferasına görə kimyəvi təhlükəli qəzalar belə təsnifatlaşdırılır: -GTZM-in anbarlarında qəzalar; -texnoloji proseslərin aparılması vaxtı qəzalar (mümkün zəhərləmə mənbələri – texnoloji qablar və kimyəvi reaksiyanın qurğuları); -ərazi üzrə GTZM-in boru kəməri və ya dəmiryolu sisternləri ilə nəqli vaxtı qəzalar.
23) Yanğının əsas zədələyici amillərinə nələr aiddir ?
Yanğının əsas zədələyici amillərinə aiddir: –açıq od- alov və qığılcımlar. Bu vaxt həm yanğın ocağında bütün əmlak yanır, həm də yanığa gətirib çıxarır. Açıq od-alov çox təhlükəlidir, lakin onun insanlara birbaşa təsiri nadir hallarda olur. Onun ən çox yaratdığı təhlükə alov tərəfindən buraxılan şüa axınlarıdır; –ətraf mühitin və müvafiq əşyaların yüksək temperaturu. Yanğın zonasında ətraf mühitin temperaturu 700C-yə çatdıqda insanların 25-30 dəqiqə ərzində qalması təhlükəlidir, belə ki, nəfəsalma orqanlarının yanığına gətirib çıxarır. Temperatur 1000C-dən çox olması insanların huşunun itirilməsinə və ölümünə gətirib çıxarır. İnsan dərisinin yanması da təhlükəlidir.
Dostları ilə paylaş: |