Təhsil haqqında azərbaycan respublikasinin qanunu


[42]   Maddə 19. Ümumi təhsil



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə12/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   ...   8   9   10   11   12   13   14   15   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

[42]
 
Maddə 19. Ümumi təhsil
19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri 
bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə 
hazırlanmasını təmin edir.
19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə 
yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş 
təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin 
aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin 
müəyyən edilməsinə imkan yaradır.
19.3. Ümumi təhsil müvafiq təhsil proqramları əsasında həyata keçirilir.
19.4. Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil 
və tam orta təhsildən ibarətdir.
19.5. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər 
səviyyəsinə keçid qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19.6. Ümumi təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil 
müəssisələrində, gimnaziyalarda, liseylərdə, ilk peşə-ixtisas və orta ixtisas təhsili 
müəssisələrində, habelə ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə 
həyata keçirilə bilər.
19.7. Ümumi təhsil sistemində təhsilalanların fiziki inkişafını təmin etmək və 
müxtəlif yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil 
proqramları tətbiq olunur.
19.8. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif 
olunurlar.
19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və hesablama 
bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər
məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətlər 
formalaşdırmaqdan ibarətdir.
19.10. İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir.
19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. 
Valideynlərin 
və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan 
uşaqlar da məktəbə qəbul edilirlər.
 
[43]
 


19.12. Valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə 
təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən 
etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.
 [44]
 
19.13. Ümumi orta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı 
mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün 
inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının 
inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdılmasını, müasir 
informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri 
qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını 
təmin etməkdən ibarətdir.
19.14. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. 
Xüsusi proqram 
əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi 
ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi 
təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
 [45]
 
19.15. Ümumi orta təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir.
19.16. Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili 
başa vuran təhsilalanlara müvafiq dövlət sənədi 
- attestat
verilir. Ümumi orta təhsil 
haqqında sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas 
sayılır.
 [46]
 
19.17. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin 
reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş 
mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət 
hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya 
texnologiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi 
biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət 
saxlaması və s. təmin olunur.
19.18. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil 
proqramlarının 
tam 
mənimsənilməsini 
nəzərdə 
tutur. 
Dövlət 
təhsil 
müəssisələrində 
ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən
tam orta təhsil 
pulsuzdur. 
Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq 
səviyyədə akkreditasiya olunan təhsil proqramların ödənişli əsaslarla təşkil etmək hüququna 
malikdirlər.
 [47]
 
19.19. Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, texniki, 
təbiət və digər) təmin olunur.
19.20. Tam orta təhsil umumi təhsilin sonuncu səviyyəsini təşkil edir və bu 
səviyyədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası 
həyata keçirilir. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət 
nümunəli sənəd - attestat verilir.
19.21. Tam orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi 
üçün əsas sayılır.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin