13.1.3. distant (məsafədən);
13.1.4. sərbəst (eksternat).
13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları
çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər.
13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından
istifadə etməklə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları
da tətbiq edilə bilər.
Maddə 14. Təhsil müəssisəsi
14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq
qanunvericiliyə uyğun müəyyən edilir.
14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı
təhsil
müəssisələri fəaliyyət göstərir:
14.2.1. dövlət;
14.2.2. bələdiyyə;
14.2.3. özəl.
14.3. Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət
əldə etmək məqsədi güdmür.
14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə
müəyyən edilir.
14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir:
14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası,
uşaq bağçası,
sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan
uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri
);
[24]
14.5.2. ümumi təhsil müəssisələri (ibtidai,
ümumi
orta
və tam orta ümumtəhsil
məktəbləri, ümumtəhsil internat məktəbləri
inteqrasiya təlimli internat tipli təhsil
müəssisələri
, xüsusi məktəblər
və xüsusi internat məktəbləri, sağlamlıq imkanları
məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı
olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər,
gimnaziyalar,
liseylər və digər müəssisələr);
[25]
14.5.3. məktəbdənkənar təhsil müəssisələri (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və
turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-
gənclər şahmat məktəbləri və s.);
[26]
14.5.4. ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri
, peşə təhsil
və tədris mərkəzləri (kompleksləri));
[27]
14.5.5. orta ixtisas təhsili müəssisələri (kolleclər);
14.5.6. ali təhsil müəssisələri (universitetlər,
akademiyalar, institutlar və s.);
14.5.7. əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.);
14.5.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr
(uşaq musiqi, incəsənət və
rəssamlıq məktəbləri və s.)
.
[28]
14.6. Müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında da
fəaliyyət göstərə bilər.
14.7. İbtidai və ümumi orta təhsil müəssisələri azkomplektli formada da fəaliyyət
göstərə bilər.
14.8. Təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla
həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi,
dövlət
təhlükəsizliyi
və digər)
müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə
alınmaqla, dövlət hesabına həyata keçirilir.
[29]
14.8-1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar,
habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili
müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı
dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir.
[30]
14.9. Təhsil müəssisəsində, təhsili idarəetmə və digər təhsil orqanlarında siyasi
Dostları ilə paylaş: