9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil
və
peşə
standartları əsasında beynəlxalq və ümumavropa təhsil
sisteminin prinsiplərinə
uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil
proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza,
infrastruktur,
informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi,
mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir.
[20]
9.2. Təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və
beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sosial və iqtisadi inkişafında
rolu ilə müəyyən edilir.
9.3. Təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi
mərhələdə ictimai-siyasi, sosial-
iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və akkreditasiya xidməti
tərəfindən müvafiq qaydada qiymətləndirilir.
Dostları ilə paylaş: