Təhsil haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə6/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   2   3   4   5   6   7   8   9   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

[19]
 
 
II fəsil
 
Azərbaycan Respublikasının təhsil sistemi
 
Maddə 8. Təhsil sisteminin quruluşu
8.0. Təhsil sisteminə aşağıdakılar daxildir:
8.0.1. bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil 
xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən 
elmi tədqiqat institutları və informasiya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, 
tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri, 
kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabxanalar, yataqxanalar, 
düşərgələr və digər infrastruktur obyektləri;
8.0.2. təhsili idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə 
və təşkilatlar;
8.0.3. təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assosiasiyalar, 
cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar.
Maddə 9. Təhsilin keyfiyyət səviyyəsi


9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil 
və 
peşə
standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə 
uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil 
proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, 
informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, 
mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir.
 [20]
 
9.2. Təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və 
beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sosial və iqtisadi inkişafında 
rolu ilə müəyyən edilir.
9.3. Təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial-
iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və akkreditasiya xidməti 
tərəfindən müvafiq qaydada qiymətləndirilir.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin