partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol
verilmir.
14.10. Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsilalanların
geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
14.11. Dövlət ali təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi səlahiyyətlər çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət
hüququna malik təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq,
tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə
sərbəstdir.
14.12. Təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi qanunvericilikdə
müəyyən edilmiş qaydada həyata keçirilir.
14.13. Dövlət bütün təhsil müəssisələrinin, o cümlədən özəl təhsil müəssisələrinin
inkişafını qanunvericiliyə uyğun kreditlər vermək, qrantlar ayırmaq və dövlət təhsil
müəssisələrinə güzəştlər tətbiq etməklə təmin edir.
14.14. Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərdən aşağı olmamalıdır.
14.15. Təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil
müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və
digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati
və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.
14.16. Təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq
ölkənin və xarici dövlətlərin ərazisində filiallar açmaq (dövlət təhsil müəssisəsi müvafiq
icra hakimiyyəti orqanı ilə razılaşdırmaq şərti ilə), habelə təhsilin inkişafı və
təkmilləşdirilməsi məqsədi ilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və
ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq hüququna malikdir.
14.17. Təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət
qarşısında məsuliyyət daşıyır.
14.18. Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili
müəssisələri qanunvericiliyə uyğun olaraq «Tələbə-məzun» dövlət elektron məlumat
sisteminə qoşulmalıdır.
14.19. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil və peşə təhsili müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. [31]
14.20. Təhsil müəssisələrində psixoloji xidmət təşkil olunur. Psixoloji xidmətin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.