Təhsil haqqında azərbaycan respublikasinin qanunu


Maddə 10. Təhsil proqramı (kurikulum)



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə7/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   2   3   4   5   6   7   8   9   10   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

Maddə 10. Təhsil proqramı (kurikulum)
10.1. Təhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və 
səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.
10.2. Təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik 
təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları 
daxildir.
10.3. Azərbaycan Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini əhatə 
edən təhsil proqramları həyata keçirilir.
10.4. Təhsil proqramlarının yerinə yetirilməsi müddəti müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilir.
10.5. Əlavə təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq 
təhsil proqramları tətbiq edilir.
10.6. Sağlamlıq imkanları məhdud olan, uzun müddət müalicəyə ehtiyacı olan 
təhsilalanların təhsilini, müalicəsini, sosial adaptasiyasını və ictimai həyata 
inteqrasiyasını nəzərdə tutan xüsusi ümumtəhsil proqramları müəyyən edilir və həyata 
keçirilir.
10.7. Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da həyata 
keçirilir. Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı müvafiq 
qanunvericiliyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir.
Maddə 11. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər
11.1. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır:
11.1.1. təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət 
qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət 
yaratmaq
, məntiqi, tənqidi və yaradıcı düşünmək
bacarığını formalaşdırmaq;
 [21]
 
11.1.2. öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda
demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik 
müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;


11.1.3. təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara 
uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha 
səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün 
açıq və bərabər imkanlı olmasını təmin etmək;
11.1.4. yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni 
texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını 
formalaşdırmaq;
11.1.5. cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına 
tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;
11.1.6. təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin 
insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı 
hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək.
11.2. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər bu Qanunla və digər 
normativ hüquqi aktlarla tənzimlənir.
11.3. Təhsil müəssisələrində gənclər arasında insanın immunçatışmazlığı virusu 
infeksiyasının, cinsi yolla keçən infeksiyaların profilaktikası və bu sahədə bilik 
səviyyəsinin artırılması məqsədi ilə tədris proqramlarına ayrıca bölmələr daxil edilir. 
Təhsilin hər bir pilləsində insanın immunçatışmazlığı virusu infeksiyasının 
profilaktikası üzrə tədrisin məzmunu, həcmi və metodologiyası yaşa uyğun, elmi 
cəhətdən dəqiq, dəlillərin göstərildiyi və insan hüquqlarına söykənən məlumatlara 
əsaslanır. 
[22]
 
11.4. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, 
albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə 
bilməz.
 [23]
 
11.5. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən 
reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, 
lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan 
reklam daşıyıcılarında yerləşdirilir.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin