Maddə 15. Təhsil müəssisəsinin təsisçisi 15.1. Təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan
Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan Respublikasının
vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
15.2. Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər. [32]
15.3. Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları və onların
siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.4. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı
öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil
müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
Maddə 16. Təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası 16.1. Azərbaycan Respublikasında
dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada
müvafiq
icra
hakimiyyəti
orqanından
xüsusi
razılıq
(lisenziya)
almalıdır.
Təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl
təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil
müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir.
[33]
16.2. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin,
əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə
məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması
dövlətlərarası müqavilələrlə müəyyən edilir.
16.3. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. [34]
16.4. Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının
müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir.
Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır.
16.5. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış,
fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil
müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir.