26.5-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [76]
26.5-2. Bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulan olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. [77]
26.5-3. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. 26.6.
Magistraturaya (rezidenturaya) bakalavrların və digər ali təhsilli şəxslərin
qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata
keçirilir.
[78]
Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün
lisenziyası olan və dövlət
akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və
səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil
haqqında dövlət sənədi verilir.
27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam
etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa
vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş
qaydada arayış verilir.
27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.