Təhsil haqqında azərbaycan respublikasinin qanunu


Maddə 28. Təhsil müəssisəsində iaşə və tibb xidməti



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə19/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   ...   15   16   17   18   19   20   21   22   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

Maddə 28. Təhsil müəssisəsində iaşə və tibb xidməti
28.1. Təhsil müəssisəsində iaşə və tibb xidməti müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilmiş qaydada və normalara uyğun təşkil olunur.
28.2. Təhsil müəssisəsində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən 
hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.


28.3. Təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət göstərilir.
III fəsil
 
Təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və 
sosial müdafiəsi
 
Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri
29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
29.0.1. təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata 
keçirilməsini təmin etmək;
29.0.2. milli təhsil sisteminin inkişaf konsepsiyasını və əsas prioritetlərini müəyyən 
etmək;
29.0.3. milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət 
proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək;
29.0.4. kadr hazırlığının prioritetlərini və istiqamətlərini, 
yüksəkixtisaslı elmi və
elmi-
pedaqoji kadr hazırlığı proqramlarını müəyyən etmək;
 [79]
 
29.0.5. təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata 
keçirilməsinin monitorinqini aparmaq;
29.0.6. milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, beynəlxalq 
standartlara cavab verən təhsil şəraitinin və mühitinin yaradılmasını təmin etmək;
29.0.7. təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini və 
dövlət təhsil qrantlarının məbləğini müəyyən etmək və dövlət təhsil müəssisələrinin 
maliyyələşdirilməsini həyata keçirmək;
29.0.8. hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilməsi məqsədilə 
hər bir təhsilalana (şagirdə, tələbəyə, doktoranta və s.) düşən təhsil xərclərinin 
miqdarını və maliyyə normativlərini müəyyən etmək;
29.0.9. peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə şagird və tələbə 
qəbulunu müəyyənləşdirmək;
[80]
 
29.0.10. müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini 
həyata keçirmək;
29.0.11. 
“Tələbə-məzun” 
və 
“Şagird-məzun
“ 
dövlət 
elektron 
məlumat 
sistemlərini
yaratmaq və ondan istifadəni təmin etmək;
 [81]
 
29.0.12. təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını 
(kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə 
nəzarəti həyata keçirmək;
29.0.13. dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə müəyyən 
edilmiş qaydada vəzifəyə təyin etmək və vəzifədən azad etmək;
29.0.14. dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün 
akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etmək;
29.0.15. təhsil 
pilləsinə
uyğun olaraq təhsil müəssisələrinin
, məktəbdənkənar və əlavə 
təhsil müəssisələrinin
nümunəvi nizamnamələrini təsdiq etmək;
 [82]
 


29.0.16. dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bələdiyyə və 
özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;
29.0.17. təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən etmək;
29.0.18. təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inkişaf 
proqramlarının həyata keçirilməsini təmin etmək;
29.0.19. təhsil sahəsində vahid statistik məlumat sisteminin yaradılmasını təmin 
etmək;
29.0.20. təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi 
qaydalarını təsdiq etmək;
29.0.21. xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və 
ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, 
ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək;
29.0.22. təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən 
etmək;
29.0.23. təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid 
normaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat 
normativlərini müəyyənləşdirmək;
29.0.24. təhsil müəssisəsinin fəaliyyətinə 
lisenziya
vermək və onu ləğv etmək;
29.0.25. ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil üzrə ixtisasların təsnifatını təsdiq 
etmək;
29.0.26. təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti həyata keçirmək;
29.0.27. təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata 
keçirmək;
29.0.28. təhsil müəssisələrinin akkreditasiyası qaydalarını müəyyən etmək və 
akkreditasiyanı həyata keçirmək;
29.0.28-1. təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləğini 
müəyyən etmək;
[83]
 
29.0.29. təhsil müəssisələrində təhsilverənlərin 
(dövlət ümumi təhsil müəssisələrində 
təhsilverənlər istisna olmaqla)
və təhsilalanların attestasiyasının, o cümlədən yekun 
attestasiyasının aparılması qaydalarını müəyyən etmək və attestasiyanı həyata 
keçirmək;
 [84]
 
29.0.30. təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin, təhsillə bağlı ictimai 
birliklərin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil 
etmək;
29.0.31. 
ali
təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək;
 [85]
 
29.0.32. təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul 
etmək, onları dəyişdirmək və ləğv etmək;
29.0.33. təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris 
vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək;
29.0.34. elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərtlərini 
müəyyən etmək;
29.0.35. dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasını, o 
cümlədən mükafatlandırılmasını həyata keçirmək, xüsusi istedadı ilə fərqlənən 
təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis etmək;


29.0.36. dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-
kommunikasiya texnologiyaları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;
29.0.37. təhsil proqramlarını, tədris planlarını və proqramlarını təsdiq etmək;
[86]
 
29.0.38. mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı 
müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tənzimləmək;
29.0.39. icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;
29.0.40.dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək;
29.0.41. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 
yetkinlik yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) götürülməsini, internat 
tipli dövlət müəssisələrinə göndərilməsini təşkil etmək, qəyyumların və himayəçilərin 
öz funksiyalarını yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud 
uşaqların müvafiq olaraq xüsusi 
və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv 
təhsil siniflərində) təhsilə cəlb edilməsini
və sosial müdafiə müəssisələrinə göndərilməsini 
təmin etmək;
[87]
 
29.0.42. təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, 
təchizat və qiymətləndirməni təmin etmək;
29.0.43. dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması 
qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirmək;
 [88]
 
29.0.44. təhsili idarəetmə orqanlarının və dövlət təhsil müəssisələrinin (adambaşına 
maliyyələşən təhsil müəssisələri istisna olmaqla) nümunəvi ştatlarını və xərc normalarını 
müəyyən etmək;
29.0.45. təhsil sisteminin işçiləri üçün dövlət təltiflərini, fəxri adları müəyyənləşdirmək, 
elmi, pedaqoji fəaliyyəti və yaradıcılığı ilə seçilən təhsilverənlər və yüksək akademik nailiyyətləri 
ilə fərqlənən təhsilalanlar, o cümlədən respublika fənn olimpiadalarının qalibləri üçün təltiflər, 
mükafatlar təsis etmək və digər həvəsləndirici tədbirlər görmək.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin