Təhsil haqqında azərbaycan respublikasinin qanunu


Maddə 31. Təhsil prosesinin iştirakçıları



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə21/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   ...   17   18   19   20   21   22   23   24   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

Maddə 31. Təhsil prosesinin iştirakçıları
31.0. Təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
31.0.1. təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, 
magistrantlar
, rezidentlər
, doktorantlar və başqaları;
 [89]
 
31.0.2. təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər
tyutorlar
, rezidentlərin kuratorları
, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi 
köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat 
təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliklərinin 
rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil 
müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, 
tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin kitabxanaçıları, 
nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin 
əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan 
rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial müdafiə, 
səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;
 [90]
 
31.0.3. valideynlər və ya digər qanuni nümayəndələr;
31.0.4. təhsili idarəetmə orqanları və bələdiyyələr;
31.0.5. təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər.
 
Maddə 32. Təhsilalanların hüquq və vəzifələri


32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan 
Respublikasının 
Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.
32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara 
malikdirlər.
32.3. Təhsilalanların hüquqları aşağıdakılardır:
32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul 
olunmaq;
32.3.2. təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və 
təhsil dilini sərbəst seçmək;
32.3.3. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
32.3.4. müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və 
sinifdənkənar məşğuliyyəti seçmək;
32.3.5. ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, 
semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;
32.3.6. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi 
tədqiqat, 
informasiya, 
mədəni-məişət, 
idman, 
sağlamlıq 
mərkəzlərindən, 
kitabxanalardan və s.) istifadə etmək;
32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;
32.3.8. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
32.3.9. fasiləsiz təhsil almaq;
32.3.10. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
32.3.11. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən 
müdafiə olunmaq;
32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti 
dayandırmaq;
32.3.13. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada biliyinin 
yenidən qiymətləndirilməsini tələb etmək;
32.3.14. dövlət orta peşə-ixtisas təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində 
qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
32.3.15. dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz 
təmin olunmaq;
32.3.16. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz 
fikir və mülahizələrini sərbəst ifadə etmək;
32.3.17. təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi 
cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların 
yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv 
olmaq;
32.3.18. elmi-praktik konfransların, seminarların, yığıncaqların və görüşlərin
habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək;
32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
32.4. Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallar istisna 
olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb 
edilməsinə yol verilmir.


32.5. Təhsilalanların vəzifələri aşağıdakılardır:
32.5.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
32.5.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
32.5.5. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-
tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;
32.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin