Təhsil haqqında azərbaycan respublikasinin qanunu


Maddə 30. Təhsil müəssisəsinin idarə olunması



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə20/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   ...   16   17   18   19   20   21   22   23   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

Maddə 30. Təhsil müəssisəsinin idarə olunması
30.1. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu 
Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.
30.2. Dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. 
Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Elmi və 
pedaqoji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
təsdiq olunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən 
edilir.
30.3. Bələdiyyə təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən təyin edilmiş 
bələdiyyə təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir.
30.4. Özəl təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər 
(himayəçilər, qəyyumlar) şurası tərəfindən təyin edilmiş özəl təhsil müəssisəsinin 
rəhbəri (rəhbərliyi) həyata keçirir.
30.5. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici 
hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu 
əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil 


müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. 
Göstərilən təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq 
icra hakimiyyəti orqanı ilə razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət 
qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi 
razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.
30.6. Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin 
etmək məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi 
yığıncaq, himayəçilər, elmi, elmi-metodiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, 
qəyyumlar şuraları və s.) yaradıla bilər. Bu qurumların yaradılması qaydaları və 
səlahiyyətləri təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
30.7. Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq 
rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata 
keçirilir.
30.8. Dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş 
həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan 
pedaqoji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin 
tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir.
30.9. Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə 
orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər 
təşkilatların müdaxiləsinə yol verilmir.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin