Təhsil haqqında azərbaycan respublikasinin qanunu


[94]   Maddə 39. Dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə28/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   ...   24   25   26   27   28   29   30   31   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

[94]
 
Maddə 39. Dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi 
mənbələri
39.0. Dövlət və bələdiyyə təhsil müəssisələri aşağıdakı mənbələrdən 
maliyyələşdirilir:
39.0.1. qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin 
vəsaitləri;
39.0.2. ödənişli təhsildən daxil olan vəsaitlər;
39.0.3. hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan 
şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları, 
vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları;
39.0.4. müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları;
39.0.5. təhsil müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və 
qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlər;
39.0.6. hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, 
ixtisasartırma və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;
39.0.7. dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və 
layihələr üzrə əldə olunan vəsaitlər;
39.0.8. təhsil müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən 
köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan 
digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;
39.0.9. təhsil müəssisəsinin beynəxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə 
uyğun olaraq əldə etdiyi qrantlar və vəsaitlər;
39.0.10. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan 
vəsaitlər.


Maddə 40. Özəl təhsil müəssisəsinin maliyyələşdirilməsi
40.1. Özəl təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
40.1.1. təhsil xidmətlərinə görə əldə etdiyi vəsaitlər;
40.1.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;
40.1.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kreditlərin məbləğləri;
40.1.4. hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və 
bağışladıqları hədiyyələr;
40.1.5. təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən 
edilmiş digər xidmətlərdən əldə etdikləri vəsaitlər;
40.1.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan 
vəsaitlər.
40.2. Özəl təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.
40.3. Özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə 
təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir.
40.4. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni 
nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin