Təhsil sahəsində beynəlxalq əlaqələr
Maddə 43. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq və xarici əlaqələr
43.1. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının
qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
43.2. Təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə
uyğun olaraq xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatları, beynəlxalq
qurumlar və fondlarla
birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və
çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-
hökumət qurumlarına (ittifaqlar,
birliklər, assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın
digər formalarını həyata keçirə bilər.
43.3. Təhsil müəssisəsi beynəlxalq səviyyəli birgə elm və təhsil layihələrinin
hazırlanması, fundamental elmi tədqiqat və layihə-konstruktor işlərinin, elmi-praktik
konfransların, simpoziumların
keçirilməsi, tələbələrin, magistrlərin, doktorantların,
müəllimlərin və elmi işçilərin mübadiləsi,
iddia sənədi, patent və ya onlarla bağlı
hüquqların özgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətlə müvafiq
normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna
malikdir.
43.4. Təhsil müəssisəsinin (xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla)
fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək
məqsədi ilə Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarının
tələblərini gözləməklə müstəqil olaraq xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və
xarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər,
filiallar, laboratoriyalar,
texnoparklar və s.) yaratmaq hüququ vardır.
43.5. Təhsil müəssisəsinin birbaşa beynəlxalq əməkdaşlıq müqavilələrinə dövlət
tərəfindən zəmanət verilmir.
Dostları ilə paylaş: