Maddə 45. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 46. Keçid müddəaları 46.1. Bu Qanun qüvvəyə minənədək verilmiş elmlər namizədi alimlik dərəcəsi
müvafiq sahə üzrə fəlsəfə doktoru dərəcəsinə bərabər tutulur.
46.2. Bu Qanun qüvvəyə minənədək aspiranturada təhsil alan şəxs doktorant
statusu əldə edir.
Maddə 47. Qanunun qüvvəyə minməsi 47.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
47.2. Bu Qanunun qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının 1992-ci il
7 oktyabr tarixli 324 nömrəli Təhsil Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin
Məlumatı, 1992-ci il, № 24, maddə 1031; 1994-cü il, № 16, maddə 216; 1995-ci il, № 7,
maddə 123; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3,
maddə 226, № 4, maddələr 287, 294, № 6, maddə 450; 1998-ci il, № 1, maddə 16; 1999-cu
il, № 5, maddələr 285, 286; 2001-ci il, № 3, maddə 138, № 11, maddə 672, № 12,
maddələr 731, 736; 2003-cü il, № 1, maddə 1; 2004-cü il, № 4, maddə 202, № 6, maddə
415; 2007-ci il, № 11, maddə 1049) qüvvədən düşmüş hesab edilir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 iyun 2009-cu il
№ 833-IIIQ
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 1.
21
dekabr
2010-cu
il tarixli
37-IVQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu
(“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 70) 2.
3
dekabr
2013-cü
il tarixli
838-IVQD nömrəli
Azərbaycan
Respublikasının
Qanunu