Təhsil haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə1/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
  1   2   3   4   5   6   7   8   9   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu



Təhsil haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit 
olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas 
prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, 
təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların 
qəbul edilməsində baza rolunu oynayır.
Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, 
vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet 
fəaliyyət sahəsidir.
Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq 
konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq 
müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin 
prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
I fəsil
 
Ümumi müddəalar
 
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. abituriyent - ali təhsil və ya orta 
ixtisas
təhsili müəssisəsinə qəbul olunmaq 
üçün müvafiq sənədləri təqdim etmiş şəxs;
[1]
 
1.0.2. adlı təqaüd - təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil 
müəssisəsinin 
ictimai-mədəni 
həyatında 
fəal 
iştirak 
edən 
təhsilalanların 
həvəsləndirilməsi üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına 
təsis olunan təqaüd;
1.0.3. adyunktura - hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan 
yüksək ixtisaslı 
elmi
kadrların hazırlanması forması;
[2]
 
1.0.4. akademiya - müəyyən sahə üzrə ali
, orta ixtisas
və əlavə təhsil proqramlarını 
həyata keçirən, fundamental
, nəzəri-metodoloji, pedaqoji-metodiki
və tətbiqi elmi 
tədqiqatlar aparan ali təhsil müəssisəsi;
 [3]
 
1.0.5. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına 
uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru;
1.0.6. attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə 
nailiyyətlərinin və təhsilverənlərin 
(dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər 
istisna olmaqla)
fəaliyyətinin qiymətləndirilməsi proseduru;
 [4]
 
1.0.6-1. Sertifikatlaşdırma – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə 
fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq 
səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru;
[5]
 
1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi;


1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını 
həyata keçirən ali təhsilin birinci səviyyəsi;
1.0.8-1. beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və 
ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki 
və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil 
proqramıdır (IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced 
Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) 
və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramıdır).
1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, 
proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması;
1.0.10. dissertasiya - müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat 
işi;
1.0.11. dissertant - dissertasiya işini yerinə yetirən şəxs;
1.0.12. doktorant - doktoranturada təhsil alan şəxs;
1.0.13. doktorantura - ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin 
alınmasını həyata keçirən yüksək səviyyəli 
elmi
kadr hazırlığı forması;
1.0.14. dosent - ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili 
vəzifə;
1.0.15. elmlər doktoru - elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi 
dərəcə;
1.0.16. evdə təhsil - müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin 
evdə təşkili forması;
1.0.17. əlavə təhsil - vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə 
əlavə təhsil proqramları əsasında verilən təhsil;
1.0.18. fəlsəfə doktoru - elm sahələri üzrə doktoranturada verilən yüksək elmi 
dərəcə;
1.0.19. fərdi təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış 
şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq 
edilən təhsil forması;
1.0.20. fəxri professor (doktor) - elmi-pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən 
professorlara və dosentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında xüsusi 
xidmətləri olan xarici ölkə alimlərinə və ictimai xadimlərinə ali təhsil müəssisəsi
 və elmi 
müəssisə
tərəfindən verilən akademik ad (dərəcə);
 [6]
 
1.0.21. formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması;
1.0.22. gimnaziya - əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən 
şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi;
1.0.23. informal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması;
1.0.24. innovasiya - müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan 
mütərəqqi xarakterli yeniliklər;
1.0.25. institut (ali məktəb) - müstəqil və ya universitetlərin struktur bölməsi 
olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını
, orta ixtisas
və əlavə 
təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi;
 [7]
 
1.0.26. ixtisas - müvafiq təhsil sənədində təsbit olunan peşə, bir peşə daxilində 
fəaliyyət növü;


1.0.27. ixtisaslaşma - müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən 
biri üzrə alınan peşə ixtisası;
1.0.28. kampus - müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil 
kompleksi (şəhərciyi);
1.0.29. kollec - orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və 
subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi;
1.0.30. konservatoriya - musiqi sahəsi üzrə 
subbakalavr və
yüksək ixtisaslı 
mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi;
 [8]
 
1.0.31. qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə 
əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması;
1.0.32. lisenziya - təhsil fəaliyyətinə 
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan 
Respublikasının Qanununa uyğun olaraq verilən rəsmi sənəd
;
 [9]
 
1.0.33. lisey - ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün 
müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi;
1.0.34. magistratura - ali təhsilin ikinci səviyyəsi;
1.0.35. magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi;
1.0.36. nostrifikasiya - təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi 
proseduru;
1.0.37. professor - yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən 
sahələr istisna olmaqla) nail olan təcrübəli 
elmi və pedaqoji kadrlara verilən elmi ad
;
 [10]
 
1.0.38. rezidentura - tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis 
hazırlığı forması;
1.0.39. sərbəst (eksternat) təhsil - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda 
qalan 
şəxslərə 
təhsil 
almaq 
və 
ya 
təhsilalana 
ümumi 
təhsilin 
hər 
hansı 
səviyyəsini
vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması;

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin