hər bir təhsil pilləsində
və səviyyəsində
təhsilalanların bilik, bacarıq
və vərdişlərinin
səviyyəsini müəyyənləşdirir.
[17]
6.5. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun
təşkili təmin olunur.
6.6. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların
nailiyyətlərinin
qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq
dövlət təhsil standartları əsas götürülür.
6.7. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün xüsusi dövlət standartları
müəyyən edilir.
Maddə 7. Tədris dili
7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində
tədris dili dövlət dili -
Azərbaycan dilidir.
7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan
Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti
оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində
tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər
dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası
tədris оlunmalıdır.
[18]
7.3.
Tədris
dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları
təşkil olunur.
Dostları ilə paylaş: