Təhsil haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə2/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   2   3   4   5   6   7   8   9   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

 
[11]
 
1.0.40. subbakalavr - orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas 
dərəcəsi;
1.0.41. təhsil krediti - fənnin məzmununa və həcminə uyğun olaraq onun 
mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi;
1.0.42. tədris planı - müvafiq təhsil pilləsində tədris olunan fənlərə və 
dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici 
sənəd;
1.0.43. təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi 
prosesi və onun nəticəsi;
1.0.44. təhsil investisiyası - təhsilin inkişafına sərmayə qoyuluşu;
1.0.45. təhsil proqramı (kurikulum) - təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və 
məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ 
saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi 
və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;
1.0.46. təhsil məhsulu - təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn 
proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri;
1.0.47. təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini 
həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum;


1.0.48. təhsil müəssisəsinin muxtariyyəti - müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən dövlət təhsil müəssisəsinə verilən müstəqillik;
1.0.49. təhsil françayzinqi - təhsil məhsullarının müvafiq şərtlərlə (təhsil 
müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saxlanılması, müəlliflik 
hüququnun qorunması və s.) daxili və ya beynəlxalq təhsil bazarında reallaşdırılması 
üzrə kompleks xidmətlər sistemi;
1.0.50. həkim - 
əsas (baza ali)
tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas 
dərəcəsi;
 [12]
 
1.0.51. həkim-mütəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı 
bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi;
1.0.52. tyutor - ali təhsil müəssisəsində akademik məsləhətçi;
1.0.53. universitet - ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər 
hazırlığını
, orta ixtisas və
, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental
, nəzəri-
metodoloji, pedaqoji-metodiki
və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil 
müəssisəsi;
 [13]
 
1.0.54. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat – magistr təhsil 
proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil 
haqqında dövlət sənədi verən qurum
;
 [14]
 
1.0.55. təhsil xidmətləri – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan 
(qurum) tərəfindən göstərilən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi və təhsil 
müəssisəsinə tələbə qəbulu ilə bağlı biliyin qiymətləndirilməsi xidmətləri, habelə Azərbaycan 
Respublikasında hüquqi şəхs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş 
təhsil müəssisələri tərəfindən məktəbəqədər, ümumi, peşə, orta ixtisas, ali, habelə məktəbdənkənar 
və əlavə təhsilin, beynəlxalq fənn olimpiadalarına, beynəlхalq müsabiqə və yarışlara hazırlığın 
təşkili, o cümlədən nizamnamələri ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata 
keçirdikləri digər xidmətlər.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin