Təhsil haqqında azərbaycan respublikasinin qanunu


Maddə 38. Təhsil müəssisəsinin maliyyələşdirilməsi



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə27/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   ...   23   24   25   26   27   28   29   30   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

Maddə 38. Təhsil müəssisəsinin maliyyələşdirilməsi
38.1. Dövlət təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən vəsaitlər 
ayırır.
38.2. Təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi 
şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul 
olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna 
malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə 
büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun 
olaraq sərbəst istifadə edilir.
38.3. Dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız 
təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.
38.4. Dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə 
müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil 
müəssisəsinin tipinə, növünə və kateqoriyasına uyğun olaraq hər bir təhsilalana düşən 
məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.
38.5. Zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə azkomplektli 
dövlət ümumi təhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.


38.6. Dövlət təhsil müəssisəsi nizamnaməsinə uyğun olaraq, ödənişli təhsildən 
əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin 
maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, 
təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.
38.7. Dövlət təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqlarının və 
təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi 
tədqiqat işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi, 
beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar 
ayrılmasını təmin edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq 
qanunvericilik aktları ilə müəyyən edilir. Dövlət təhsil və elmi tədqiqat qrantları təhsil 
müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz.
38.8. Dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb 
edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu 
məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verilir.
38.9. Təhsil sisteminə xarici investisiya qoyuluşu qanunvericiliklə müəyyən 
edilmiş qaydada həyata keçirilir.
38.10. Təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin