Təhsil haqqında azərbaycan respublikasinin qanunu


Maddə 36. Təhsilverənlərin sosial müdafiəsi



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə24/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   ...   20   21   22   23   24   25   26   27   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

Maddə 36. Təhsilverənlərin sosial müdafiəsi
36.1. Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil işçilərinin 
əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə 
xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir.
36.2. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar 
vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər 
təyin edə bilər.
36.3. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların 
vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
36.4. Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn 
himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil 
müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və 
sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək 
haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr 
olunur.
36.5. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini 
bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə 
güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
müəyyən edilir.
36.6. Təhsilverənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və 
yaradıcılıq məzuniyyətləri verilir.
Maddə 36-1. Pedaqoji fəaliyyətlə məşğul olma
[92]
 
 
36-1.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji 
təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli 
mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən 
etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
36-1.2. Aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:
36-1.2.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması 
qadağan edilənlər;
36-1.2.2. ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən 
götürülməmiş və ya ödənilməmiş şəxslər;


36-1.2.3. fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə 
barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş 
qərarı olan şəxslər;
36-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 
təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa 
qoyulmuş şəxslər;
36-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq 
etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 
1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin