Təhsil haqqında azərbaycan respublikasinin qanunu


Maddə 37. Təhsil sistemində mülkiyyət münasibətləri



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə26/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   ...   22   23   24   25   26   27   28   29   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

 
Maddə 37. Təhsil sistemində mülkiyyət münasibətləri
37.1. Təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki 
şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də 


qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o 
cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.
37.2. Təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, 
avadanlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki 
baza və digər əmlakla təmin edilir.
37.3. Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, 
qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil 
müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun 
səlahiyyət verdiyi şəxs həyata keçirir.
37.4. Dövlət təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və 
genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına 
həyata keçirilir.
37.5. Təhsil müəssisəsi göstərdiyi xidmətlər (
təhsil
, elmi tədqiqat, məsləhət-
konsaltinq, müalicə-profilaktik və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz 
əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə 
bilər.
 [93]
 
37.6. Dövlət mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil 
müəssisələri istisna olunmaqla) özəlləşdirilməsi qadağandır.
37.7. Dövlət təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər 
hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil 
edilir.
37.8. Dövlət təhsil müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması 
qanunvericiliklə tənzimlənir.
37.9. Təhsil müəssisəsinin müflis elan edilməsi müvafiq qanunvericiliyə uyğun 
həyata keçirilir.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin