Təhsil haqqında azərbaycan respublikasinin qanunu


Maddə 17. Təhsilin pillələri və səviyyələri



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə11/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   ...   7   8   9   10   11   12   13   14   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

Maddə 17. Təhsilin pillələri və səviyyələri
17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri 
müəyyən olunur:
17.1.1. Məktəbəqədər təhsil.
17.1.2. Ümumi təhsil:
17.1.2.1. ibtidai təhsil;
17.1.2.2. ümumi orta təhsil;
17.1.2.3. tam orta təhsil.
17.1.3. İlk peşə-ixtisas təhsili.
17.1.4. Orta ixtisas təhsili.
17.1.5. Ali təhsil:
17.1.5.1. bakalavriat 
(əsas (baza ali) tibb təhsili)
;
 [35]
 
17.1.5.2. magistratura 
(rezidentura
);
 [36]
 
17.1.5.3. doktorantura 
(adyunktura)
.
 [37]
 
17.2. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin 
olunur. Hər bir təhsil 
pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin 
ibtidai təhsil səviyyəsi istisna olmaqla
yekun qiymətləndirmənin və ya attestasiyanın 
nəticələrinə uyğun olaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa 
çatır.
 [38]
 
17.3. Təhsilin pillələri və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları 
ilə tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər 
növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.
17.4. Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə 
etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə 
imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata 
keçirilir.
[39]
 
Maddə 18. Məktəbəqədər təhsil
18.1. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin 
maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi 
inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə 
çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas 
münasibətinin formalaşmasını təmin edir.
18.2. Məktəbəqədər təhsil müvafiq təhsil proqramı əsasında həyata keçirilir.
18.3. Azərbaycan Respublikasında məktəbəqədər təhsil 
1-6 yaşlı uşaqları əhatə 
edir
.
 [40]
 


18.4. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbə hazırlığın təşkili 
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.5. Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni 
nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil 
müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər.
18.6. Məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən müvafiq 
maarifləndirmə tədbirləri həyata keçirilir
.
 [41]
 
18.7. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati 
əsasları bu Qanun və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
tənzimlənir.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin