20.1. İlk peşə-ixtisas təhsili əmək bazarının tələbatına uyğun olaraq,
ümumi orta
təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı işçi
kadrların hazırlanmasını təmin edir.
20.2. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq peşə-ixtisas
təhsili müəssisələrində
və təhsil fəaliyyəti üçün
lisenziyası
olan ayrı-ayrı təşkilatların,
müəssisələrin, əmək birjalarının, məşğulluq idarələrinin və digər müvafiq qurumların
təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk
peşə-
ixtisas dərəcələrinin
verilməsi ilə başa çatır.
[48]
20.3. İlk peşə-ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur.
20.4. İlk peşə-ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında qəbul
olunanlar peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququna malikdirlər.
Maddə 21. Orta ixtisas təhsili
21.1. Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq,
ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif
ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.
21.2. Orta ixtisas təhsili əsasən kolleclərdə və
ali təhsil müəssisələrinin
müvafiq
struktur bölmələrində
həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa
çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili
almaq üçün qəbul olunanlar
həm də
tam orta təhsil alırlar.
[49]
21.2-1. Ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta
ixtisas təhsili həyata keçirilə bilər. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
[50]
21.3. Orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta
ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd -
diplom verilir.
21.4. Orta ixtisas təhsili haqqında sənəd ali təhsil
müəssisəsinə daxil olmaq
hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
21.5. Orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil
proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini
yüksək nəticələrlə başa
vuran məzunların - subbakalavrların topladıqları kreditlər müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada uyğun ixtisaslar üzrə
ali təhsil müəssisələrində
nəzərə alınır.
Dostları ilə paylaş: