Təhsil haqqında azərbaycan respublikasinin qanunu


[15]   Maddə 2. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə3/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   2   3   4   5   6   7   8   9   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

[15]
 
Maddə 2. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan 
Respublikasının Konstitusiyasından, bu Qanundan, 
“Məktəbəqədər təhsil haqqında” 
Azərbaycan Respublikasının Qanunundan,
təhsil sahəsinə aid olan digər normativ hüquqi 
aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən 
ibarətdir.
 [16]
 
2.2. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların 
konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, 
təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin 
düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, 
təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların 
yaradılmasından ibarətdir.
2.3. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil 
müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları 
yanında təhsil müəssisələrinə şamil edilmir.


Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. humanistlik - milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, 
insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və 
insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul 
olunması;
3.0.2. demokratiklik - təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, 
təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və 
azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması;
3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına 
imkanlar yaradılması və təhsil hüququnun təmin olunması;
3.0.4. millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların 
dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və 
inkişaf etdirilməsi;
3.0.5. keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi 
tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
3.0.6. səmərəlilik - təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son 
nəticəyə istiqamətlənən müasir metodlarla təşkili;
3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, tədris 
proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, 
təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və 
onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi;
3.0.8. varislik - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq 
növbəti nəslə (dövrə) ötürülməsi;
3.0.9. liberallaşma - təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının 
genişləndirilməsi;
3.0.10. inteqrasiya - milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada 
qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin