qaydada müvafiq sənəd verilir. İxtisasartırma kurslarını
bitirmiş şəxslər barəsində
stimullaşdırıcı tədbirlər tətbiq edilir.
Maddə 25. Təhsil sistemində elmi araşdırmalar
25.1. Təhsil sistemində elmi araşdırmalar təhsili idarəetmə orqanları tabeliyində
fəaliyyət göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və onların
müvafiq qurumlarında və ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər,
kafedralar, laboratoriyalar və s.) aparılır.
25.2. Təhsil sistemində aparılan elmi tədqiqat işləri fundamental
, nəzəri-metodoloji,
pedaqoji-metodiki
və tətbiqi xarakter daşıyır.
[71]
25.3. Təhsil sistemində elmi araşdırmalar
dövlət büdcəsinin vəsaitləri, qrantlar,
müxtəlif fondların vəsaitləri, təhsil müəssisəsinin
büdcədənkənar vəsaitləri, habelə
sifarişlər əsasında daxil olan vəsaitlər hesabına həyata keçirilir.
25.4. Təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri
daşımaqla,
təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının
təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni
texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına
və tətbiqinə yönəldilir.
Dostları ilə paylaş: