23.6. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə
müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid
formalı dövlət sənədi
-
diplom verilir.
[68]
23.7.
Ali təhsil müəssisəsində,
elmi müəssisə və təşkilatlarda və
digər təşkilatlarda
çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də
reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına
, elmi müəssisə və
təşkilatlara
dissertantların təhkim olunması və elmi dərəcələrin verilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
[69]
23.8. Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində
əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan
Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir:
23.8.1. dosent;
23.8.2. professor.
23.9. Dosent və professor elmi adlarının verilməsi qaydaları
və şərtləri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23.10. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin
və elmi müəssisənin
fəxri
professor (doktor) adı vermək hüququ vardır. Fəxri professor (doktor) adının verilməsi
qaydaları və şərtləri ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
Dostları ilə paylaş: