Təhsil haqqında azərbaycan respublikasinin qanunu


Maddə 33. Təhsilverənlərin hüquq və vəzifələri



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə22/58
tarix28.11.2023
ölçüsü0,78 Mb.
#167804
1   ...   18   19   20   21   22   23   24   25   ...   58
Tehsil-haqqinda-Azerbaycan-Respublikasinin-Qanunu

 
Maddə 33. Təhsilverənlərin hüquq və vəzifələri
33.1. Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının 
Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının 
tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili 
intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək 
müqavilələri ilə tənzimlənir.
33.2. Təhsilverənlərin hüquqları aşağıdakılardır:
33.2.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab 
verən texnologiyalarla təmin olunmaq;
33.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin 
təşkilində və idarə olunmasında fəal iştirak etmək;
33.2.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;
33.2.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
33.2.5. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə 
seçmək və seçilmək;
33.2.6. ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini 
yüksəltmək;
33.2.7. müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif 
olunmaq;
33.2.8. təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji 
həyatında mühüm xidmətləri olan professorlara aylıq əmək haqqı və əlavələr, digər 
güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq 
şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq;
33.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
33.3.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
33.3.3. 
təhsilalanlarda 
fəal 
vətəndaş 
mövqeyi 
formalaşdırmaq, 
onları 
vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək 
fəaliyyətinə hazırlamaq;
33.3.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının 
müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan 
xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri 
dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;


33.3.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu 
yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
33.3.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, 
onları zərərli vərdişlərdən çəkindirmək;
33.3.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar 
aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;
33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan 
(dövlət ümumi 
təhsil müəssisələrində sertifikatlaşdırmadan)
keçmək;

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin