7
Məktəbəqədər təhsilin yeni məzmunu: inkişaf sahələri
Artıq respublikamızda “Məktəbəqədər təhsilin proqramı
(kurikulumu)” hazırlanmışdır. Bu sənədə əsasən məktəbəqədər
təhsil müəssisələrində təlim-tərbiyənin təşkilinin aşağıdakı dörd
inkişaf sahəsi
əsasında aparılması nəzərdə tutulur:
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik
Məktəbəqədər təhsil müəssisələrində uşaqların
fiziki inki-
şafı, sağlamlığının qorunması və təhlükəsizliyi təmin olunur.
Sаğlamlığın möhkəmləndirilməsi,
orqanizmin müqavimət
qabiliyyətinin yüksəldilməsinin əhəmiyyəti haqqında anlayışlar
yaradılır. Fiziki inkişafa böyük, kiçik və hissi (sensor)
motor
hərəkətlərinin inkişafı daxildir. Uşağın hərtərəfli inkişafı üçün
daha səmərəli vasitələrin müəyyən edilməsi,
gigiyenik tələblərə
cavab verən şəraitin yaradılması (rasional qidalanma,
düzgün
təşkil edilmiş rejim, fiziki mədəniyyət məşğələləri və s.), bunların
qarşılıqlı əlaqədə olması, düzgün qamət, hərəkət texnikası,
hərəkətli oyunların qaydaları,
eləcə də, hərəkət vərdişləri ilə
yanaşı, uşaqlarda fiziki keyfiyyətlərin
inkişaf etdirilməsi təmin
olunur.
Təhlükə və çətinliklərə hazırlıq, yol-hərəkəti qaydaları,
ekstremal vəziyyətlərdə və təhlükəli situasiyalarda necə hərəkət
etmək haqqında ilkin təsəvvürlərin formalaşdırılmasına, məişətdə
ehtiyatlı,
küçədə mədəni davranmaq, təbii hadisələr və yanğın
zamanı müraciət qaydalarının mənimsənilməsinə,
ekoloji
mədəniyyətin formalaşdırılmasına imkan yaranır.
Dostları ilə paylaş: