TəHSİl problemləRİ İnstitutu



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix04.10.2023
ölçüsü1,81 Mb.
#151981
1   2   3   4   5   6   7   8   9   ...   37
6757 mektebeqeder-tehsilin-yeni-mezmunu-2015

 



Sosial-emosional inkişaf 
Məktəbəqədər yaşlı uşaqlarda sosial və emosional keyfiy-
yətlər vəhdətdə inkişafı edir. Uşaq özünün emosional əhvalını 
məhz yaşadığı sosial mühitin normaları əsasında, buna uyğun 
olaraq tənzimləyir. Sosial-emosional inkişaf vasitəsilə uşaqlarda 
insanlara qarşı müsbət münasibət, xeyirxahlıq, qayğıkeşlik, qarşı-
lıqlı yardım, başqasının dərdinə şərik olmaq və s. kimi mənəvi 
keyfiyyətlər yaranır. Uşaqlar oyun, əmək və əməli fəaliyyətə
kollektivdə davranma qaydalarına dair ilkin bacarıqlara yiyələnir-
lər. Kommunikasiyanın köməyilə birgə fəaliyyətin müxtəlif növ-
lərində şəxsiyyətlərarası əlaqələr, qarşılıqlı təsir və qarşılıqlı an-
laşma təmin olunur. Kommunikasiya uşağın sosial şəxsiyyət kimi 
formalaşmasında əsas vasitəyə çevrilir.
 
 
Bilik, bacarıq və dəyərlərin formalaşdırılması 
 
Müasir dövrdə məktəbəqədər təhsilin yeni məzmunu böyü-
məkdə olan nəslə “nəyi” və “necə öyrətməyin” öyrənilməsi və 
həyata keçirilməsini əsas məqsəd kimi qarşıya qoyur. Məktəbə-
qədər təhsilin yeni məzmununun əsasını təlim üçün seçilmiş bilik 
və bacarıqların dəqiq və müasir sistemi təşkil edir. Bu sistem 
müasir dövrün tələblərinə uyğun biliklərin əldə olunması və 
ümumiləşdirilməsi, intellektual və təcrübi bacarıqlara çevrilməsi, 
onlardan istifadə üsulları, sosial və mədəni inkişaf səviyyəsini 
təmin etməyə kömək edən nəzəri və təcrübi problemlərin həllinə 
yönəldilmişdir. 
Bu baxımdan hazırda dünya təhsilindəki yeni ideyalar
informasiya texnologiyalarından geniş və məqsədyönlü şəkildə 
istifadə edilməsi, biliklərin inteqrasiyası daha əhəmiyyətlidir.


10 
Məktəbəqədər yaşlı hər bir uşaqda gündəlik həyatda onlar 
üçün xarakterik olan dəyərlər formalaşdırılmalı, onlar öz fikir və 
istəklərini sərbəst şəkildə ifadə etmək, məsuliyyətli və təşəb-
büskar olmaq, əməkdaşlıq etmək, müstəqil fəaliyyət göstərmək 
bacarıqlarına malik olmalıdırlar. Bu baxımdan tərbiyəçilər təlim 
və təlimdənkənar vaxtlarda müxtəlif interaktiv üsullardan istifadə 
etməklə uşaqlarda şüurlu fəaliyyət göstərmək, məsuliyyət, səmi-
milik, böyüklərə, kiçiklərə hörmət və qayğı, həmyaşıdlarına, 
ətrafdakılara güzəştə getmək bacarıqları və müxtəlif etik 
normalar formalaşdıraraq, möhkəmləndirməlidirlər.
Məktəbəqədər yaşlı uşaqlarda bilik və bacarıqların, psixo-
fizioloji dəyərlərin formalaşdırılması bu gün cəmiyyətdə uşaqla-
rın təhsili və gələcək həyatı üçün vacib olan tolerantlıq bacarıq-
larının da inkişafına böyük təkan verir. Belə ki, uşaq dilindən
dinindən və irqindən asılı olmayaraq, qrupda, yaxud gündəlik 
həyatlarında rastlaşdığı, yaxud onu əhatə edən bütün insanlara 
qarşı mehribanlıq, səmimilik və güzəştə getmək bacarığı nümayiş 
etdirmələri uşaqda tolerantlığın ilk göstəricilərindəndir.
Müasir dövrdə uşaqların təhsil sahəsində öyrənilmə 
nəzəriyyələrinin əsasını uşaq bioloji inkişaf mərhələləri ilə 
yanaşı, onların müasir təlim zamanı bir tədqiqatçı kimi sərbəst 
fəaliyyət göstərmələri və sosial münasibət qurmalarının öyrənil-
məsi təşkil edir. Təlim zamanı uşaqların bir tədqiqatçı kimi 
fəaliyyət göstərməsi onların mənimsədikləri biliklərin bacarıqlara 
çevrilməsinə səbəb olur. Məktəbəqədər təhsil proqramında 
(kurikulumunda) müəyyənləşdirilmiş inkişaf səhələri üzrə uşaqla-
rın mənimsədikləri bilik və bacarıqlar daim tərbiyəçi və valideyn-
lər tərəfindən dəyərləndirilərək, qiymətləndirilməlidir. Müasir 
məktəbəqədər təhsil uşaqların ümumi inkişafı üçün onlarda aşağı-
dakı bilik və bacarıqların: 


11 
- uşaqların fiziki inkişafı; öz nailiyyətlərini başqaları ilə 
bölüşməsi; verilən tapşırığı fərdi və qrup şəklində yerinə 
yetirmək; sərbəst fikir söyləyərək, başqalarının fikirlərinə 
münasibət bildirmək; səbəb və nəticə arasında əlaqəni məntiqi 
ardıcıllıqla tapmaq; nitqinin inkişafı; sadə riyazi təsəvvürlərin 
formalaşdırılması; savad təlimini; ətraf aləmlə tanışlığın inkişafı; 
təsviri fəaliyyət, yapma və applikasiya işi; konstruktiv fəaliyyət
musiqi duyumunun inkişafı
formalaşdırılmasını nəzərdə tutur. 
Uşaqların ümumi inkişafının təmin edilməsinə uyğun ola-
raq məktəbəqədər təhsil proqramında (kurikulumunda) nəzərdə 
tutulan bütün bilik və bacarıqlar uşaqların məktəb təliminə 
hazırlığı və inkişafı üçün şərait yaradır.
Proqramın tələblərinə uyğun olaraq hər bir tərbiyəçiyə mək-
təbəhazırlıq dövründə uşaqlarda aşağıdakı bilik, bacarıq və dəyər-
lərin formalaşdırılmasına xüsusi diqqət yetirmələri tövsiyə 
olunur:
- müqayisə əsasında analiz-sintez aparmaqla, hadisələr 
arasında səbəb-nəticə əlaqələrinin təhlil olunması; 
- ixtiyari və davamlı diqqətin formalaşdırılması; 
- böyük, kiçik və hissi motor hərəkətlərinin inkişafı; 
- sanitar-gigiyenik qaydalara əməl olunması; 
- davranış etiketlərinin yerinə yetirilməsi; 
- estetik bacarıqların: təsviri incəsənət, musiqi duyumu, 
applikasiya işi və s. formalaşdırılması; 
- sosial münasibətlər qurma bacarığı; 
- hərflərin (çap və kəsmə əlifba ilə) tanınması; 
- ifadəli və aydın nitq qabiliyyəti; 
- sadə məntiqi məsələləri həll etmək bacarığı; 
- biliklərin təfəkkürə əsaslanaraq mənimsənilməsi
- fikirlərinin dəqiq və məntiqli ifadəsi. 


12 
Yuxarıda sadalanan göstəricilər uşaqların məktəb təliminə 
fiziki və psixoloji cəhətdən hazırlığını təmin edir. Beləliklə, 
məktəbəqədər təhsil müəssisələrində uşaqlara verilən sadə bilik 
və bacarıqlar onların dünyanı dərk etmələrinə kömək edəcək əsas 
biliklər üzərində qurulur və bacarıqlar şəklində formalaşır.
 
 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin