Təhsilalan: Kərimova Fatimə Qrup: 21\02 Sərbəst işin növünün rəhbəri



Yüklə 1,85 Mb.
səhifə2/4
tarix08.11.2022
ölçüsü1,85 Mb.
#68043
1   2   3   4
kommunikasiyada nitqin keyfiyyətinə təsir edən amillərin əsas xüsusiyytləri

Nitqin təmizliyi - Danışıq normalarından kənara çıxmayan, yararsız yad ünsürlərdən uzaq olan və milli ədəbi dilin qayda və qanunlarına uyğun gələn nitq “təmiz” adlanır. Belə nitq dil vasitələrinin təhrif olunmasına, ədəbi dilin normalarından kənara çıxmağa yol vermir. Əlbəttə, hər bir şəxs öz nitqində həmişə bu tələbləri ödəyə bilmir. Bəzilərinin nitqi düzgün, təmiz olmur, kələ-kötür olur. Belə nitq dilin təmizliyinə zərbə vurur. Dilin, nitqin təmizliyinin pozulmasının müəyyən səbəbləri var. Bunun birincisi dialektizmlərdir. Bəzilərinin nitqində həddən artıq yerli şivə və dialekt sözləri işlədilir. İkincisi, nitqdə varvarizm, vulqarizm və jarqonizmlərdən istifadədir.
Nitqin zənginliyi - Nitqin zənginliyi dil və nitq əlaqəsi əsasında meydana gəlir. Nitqdə müxtəlif və təkrarlanmayan dil vahidlərinin işlədilməsi nitqi zənginləşdirir. Nitqdə eyni işarələr və işarələr həlqəsi nə qədər az təkrarlanarsa, nitq o qədər qazanar, zəngin olar. Bu, o deməkdir ki, dil strukturu nə qədər zəngin olarsa, nitq də o qədər zəngin olacaq. Nitqdə eyni dil ünsürlərinin yersiz təkrarlanması, eyni konstruksiya və formaların dalbadal verilməsi, düzülməsi, şablon ifadə vasitələrinə tez-tez müraciət nitqi zənginləşdirmir. Əksinə, bu, nitqin yoxsulluğu, kasıblığı deməkdir. Eyni cür danışıq tərzi, monoton intonasiya dinləyiciləri yorur, nitqi korlayır.
Nitqin aydınlığı - üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətləndirilir. Nitqin düzgünlüyü fikrin aydın ifadəsinin ilkin şərti sayılır. İnsan ifadə edəcəyi mövzu haqqında mükəmməl məlumata malik olub, onu dərindən və yaxşı bilirsə, müvafiq dil vasitələri hesabına nitqində sözçülüyə yol verməz, fikrini maraqlı qurar, dolaşıq cümlələrlə deyil, sadə, münasib cümlələrlə deyəcəyi faktları ifadə etməyi bacarar.
Nitqin keyfiyyətinə təsir edən amillər hansılardır ?
Nitqin intonasiyası. Natiq fikrini düzgün, aydın, məqsədəuyğun ifadə etməklə yanaşı, onu cazibəli, təsirli, emosional bir formada verməyi, dinləyicinin qəlbinə, zehninə nüfuz edə biləcək inandırıcı dil vasitələrindən istifadə etməyi də bacarmalıdır. Parlaq, kəskin, orijinal, ifadəli nitq dinləyicilərin hisslərinə təsir edir, marağını artırır, diqqətini cəlb edir, fikrin məzmununu yaxşı dərk etməyə kömək göstərir. Dinləyicilər natiqin mühazirələrindən ona görə razılıq edirlər ki, onun danışığı aydın, məzmunludur. Bu nitq güclü məntiq, tutarlı söz, ifadə, cümlələrdən ibarətdir, həm də ifadəlidir, təsirlidir, emosionaldır.
Məntiqi vurğu. Cümlənin ayrı-ayrı hissələri, cümlə üzvləri kommunikativ yüklənmə əsasında düzülür. Cümləni təşkil edən sözlərin hecaları vurğuya görə fərqləndiyi kimi, cümlədəki müəyyən bir söz – kommunikativ yüklü söz də başqalarına nisbətən fərqli deyilir. Həmin söz danışanın məqsədini dinləyən və ya oxuyanın diqqətinə çatdıran bir fonetik vahid kimi çıxış edir. Bu cür kəlmə və ya 70 söz birləşmələrinin digərlərinə nisbətən güclü deyilişi, nəzərə çarpdırılması məntiqi vurğunun vasitəsilə olur. Məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərində düşəndə xüsusi məna çaları əmələ gəlir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin