Təhsilalan: Kərimova Fatimə Qrup: 21\02 Sərbəst işin növünün rəhbəri



Yüklə 1,85 Mb.
səhifə3/4
tarix08.11.2022
ölçüsü1,85 Mb.
#68043
1   2   3   4
kommunikasiyada nitqin keyfiyyətinə təsir edən amillərin əsas xüsusiyytləri

Həyəcanlı vurğu. - Nitqin emosionallığını artıran vasitələrdən biri də həyəcanlı (emfatik) vurğudur. “Məntiqi vurğu ilə danışan şəxsin əvvəlcədən xüsusiləşmiş halda nəzərdə tutduğu məna ifadə olunur. Həyəcanlı vurğu ilə isə daha çox danışıq prosesində yaranan duyğular, hiss-həyəcan ifadə olunur”. Bu zaman sözün bir səsi – saiti, yaxud samiti daha gərgin, daha güclü və uzadılaraq tələffüz edilir. Dilçilikdə həyəcanlı vurğunun iki şəklindən bəhs olunur:
  • samitin həyəcanlı tələffüzü;
  • saitin həyəcanlı deyilməsi.

  • Sait-samit quruluşlu sözlərdə sonda gələn samit və sait güclü (iki-üç qat şiddətli) deyilməklə həyəcanlı vurğu yaranır, sözün məna sferasında danışanın bəhs etdiyi əşya və ya hadisəyə münasibətinə uyğun dəyişmə baş verir.

Nitq fasiləsi - İntonasiyanın digər ünsürü fasilədir. Nitq müəyyən dayanacağa malikdir. Tənəffüs məqsədilə danışıq və oxu prosesində edilən bu dayanacaq fasilə (pauza) adlanır. Nitq zamanı zəruri fizioloji tələbatın nəticəsi kimi baş verən tənəffüs – fasilə həm danışanın, həm də dinləyənin nitq orqanlarının müəyyən sakitliyi, rahatlığıdır. Tələffüz prosesində nəfəs və səsin düzgün tənzim edilməsi mühüm şərtlərdəndir. Xüsusən, nəfəsalmaya düzgün əməl olunmaması nitq zamanı darıxmaya, təngnəfəsliyə, diksiyanın pozulmasına və s. kimi hallara gətirib çıxarır.
Nitqin melodikliyi - Nitq zamanı səs gah alçalır, gah da yüksəlir. Səsin müəyyən intervalda alçalıb qalxması musiqidə olduğu kimi, nitqdə də melodikliyi əmələ gətirir. Nitqin bu keyfiyyəti hissi halların ifadəsi kimi meydana çıxır. Həyatda temperamentsiz, hissiz adamların nitqi melodiklik baxımından zəif olur. İnsanın emosional həssaslığı nə qədər çox olarsa, onun nitqinin melodik ifadəliliyi bir o qədər zəngin olar. Cümləyə məxsus melodiya məntiqi və psixoloji olmaqla iki funksiyanı yerinə yetirir. Məntiqi funksiyalı cümlə melodiyasında melodik dəyişikliyin hamısı bir cümlə daxilində baş verir, yəni cümlənin əvvəlində fikrin inkişafı ilə əlaqədar səs tonu yüksəlirsə, cümlənin sonuna doğru alçalmağa başlayır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin