DİSTANT TƏHSİL TEXNOLOGİYASI (DTT)
VƏ ONUN TƏTBİQ XÜSUSİYYƏTLƏRİ
Bu gün İKT-nin təhsilə tətbiqi sahəsində inkişaf əsasən 2 istiqamətdə davam edir:
Ənənəvi təhsil formalarının formalarının təkmilləşdirilməsi, yeniləşdirilməsi vətədrisin keyfiyyətinin yüksəldilməsində İKT-dən istifadə.
Təhsil prosesində yeni metodların yaradılması və yeni metodlardan istifadə etməklə distant (məsafədən) təhsil texnologiyasının tətbiqi.
Son illərdə distant təhsil forması təhsil və informasiya mədəniyyəti sahəsində qlobal (köklü) dəyişikliklərə səbəb olmuş, və hazırda inkişaf etmiş dövlətlərin əsas təhsil formasına çevrilməkdədir. Distant təhsil formasının inkişafı yeni təhsil müəssisələrinin, fakültələrin yaranmasına təkan verir və bu növ təhsil formasında təhsil almaq istəyənlərin sayının sürətlə artmasına və beləliklə də təhsilə yeni əlavə xərclərin cəlb olunmasına səbəb olur. Lakin, artıq distant təhsil sisteminə keçmiş dünya ali məktəblərinin təcrübəsi sübut edir ki, bu forma təhsil sisteminin təşkilinə xərclənən vəsait tezliklə özünü doğruldur və müəssisəyə əlavə böyük gəlirlərin daxil olmasına yaxşı zəmin yaradır.
Distant təhsil formasının inkişafı fərdi kompüterlərin və internet şəbəkənin yaranması ilə sürətlənmiş, və indi ən populyar təhsil formasına çevrilməkdədir.
Distant təhsilin baza xüsusiyyətlərinə əsasən aşağıda göstərilənlər aid edilir:
Əhalinin təhsil alma imkanlarının artması: Məsələn, əgər vaxt amili ənənəvi formada təhsil iştirakçılarının müəyyən mənada fəaliyyətini məhdudlaşdırırdısa, distant təhsil zamanı bu məhdudiyyətlərin demək olar ki, bütünlüklə aradan qalxır.
İnformasiyanın radikal olaraq tamamailə yeni forma və məzmunda çatdırılmasının təmin olunması: Məsələn, multimedia sistemlərinin tədris fəaliyyətində geniş tətbiqi, informasiyanın qeyri-standart üsullarla təqdimatı, iri həcmli avtomatlaşdırılmış sorğu sistemlərindən istifadə imkanlarının genişlənməsi (elektron kitabxana xidmətləri, elektron konferensiya və s.)
Biliklərin daha təkmil qaydada qiymətləndirilməsi imkanlarının artması, test texnologiyasının tətbiqi və nəticələrin analitik sistemlərin köməyi ilə təhlili və s.
Distant təhsillə məşqul olan tədris müəssisələrini əsasən 3 koteqoriyaya ayırmaq olar:
Yalnız distant təhsillə məşqul olan təhsil müəssisələri. Bu koteqoriyadan olan təhsil müəssisələrinin sayı çox deyildir və bu formada təhsil verən müəssisələr əsasən ABŞ-da daha geniş yayılmışlar.
Mütəxəssislərin təkmilləşdirilməsi və yenidən hazırlanması üzrə fəaliyyət göstərən müəssisələr. Hazırda dünyada bu növ fəaliyyətlə məşqul olan çoxlu sayda təhsil müəssisələri mövcuddur və bu müəssisələr fəaliyyətlərini əsasən distant yolla həyata keçirməyə üstünlük verirlər. Dünyanın bir çox aparıcı ali məktəblərində mütəxəssislərin təkmilləşdirilməsi və yenidən hazırlanması fakültələri və ya kursları mövcuddur. Distant təhsil üsulu belə mobil qrupların çevik yaradılmasına, onlarla işin səmərəli təşkilinə yaxşı imkanlar yaradır və bu həm virtual qrup nümayəndəsinin həm də onun tədrisinin təşkili ilə məşqul olanların işinin təşkili üçün böyük imkanlar açır. Qeyd etmək lazımdır ki, əksər distant təhsil müəssisələri təkmilləşdirmə və yenidən hazırlanma təhsilinin təşkilində öyrənənlərin sifarişlərinə əsaslanır ki, bu da sonda yaxşı effektin alınmasına səbəb olur.
Eyni zamanda həm ənənəvi təhsil, həm də distant təhsillə məşqul olan təhsil müəssisələri: Hazırda dünyanın demək olar ki, bütün aparıcı ali təhsil müəssisələri distant təhsil formasından çox geniş istifadə edirlər və bu növ təhsil forması ilə məşqul olan altqurumlar həmin müəssisələrin Açıq Təhsil Fakültələri adlanırlar. Açıq təhsil fakültələrində işin uğurlu təşkili hər şeydən əlavə müəssisəyə əlavə gəlirlərin və dividentlərin cəlb olunmasına gözəl imkanlar açır və s.
Dostları ilə paylaş: |