Ümumi nəticələr
Şagird:
təbii mühiti təşkil edən komponentlərin əsas xüsusiyyətlərini, təbiət hadisələrinin başvermə səbəblərini və yerləşmə qanunauyğunluqlarını izah edir, onların əsasında müqayisələr aparır, nəticələri ümumiləşdirir, yazılı və şifahi təqdim edir;
coğrafi təbəqənin əhəmiyyətini və onun mühafizəsinin həyat üçün vacibliyini müvafiq dəlillər əsasında izah edir;
coğrafi cihazlardan ətraf mühitin öyrənilməsində, müxtəlif şərait və vəziyyətlərdə istifadə edir;
müəyyən ərazinin kartoqrafik təsvirini verir, xəritə və plan üzrə təhlillər aparır;
xəritədən, coğrafi məlumatlardan, statistikadan istifadə edərək müvafiq hesablamalar aparır və nəticələrə dair diaqramlar, cədvəllər qurur;
Azərbaycanın, eləcə də müxtəlif ölkələrin təbiəti, təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında əlavə məlumatlar toplayır, sistemləşdirir, onların əsasında təqdimatlar edir.
Dostları ilə paylaş: |