Ümumi nəticələr
Şagird:
üslubi xüsusiyyətinə görə mətnləri müqayisə edir, qiymətləndirir, rəy və mülahizələrini bildirir;
təqdim olunmuş mövzuya uyğun üslub seçir, fikirlərini şifahi və yazılı şərh edir;
nitqin dəqiqliyi, düzgünlüyü və ifadəliliyi üçün zəruri olan normaları şifahi və yazılı nitqində tətbiq edir;
müxtəlif üslublarda rəy, çıxış, məruzə və təqdimatlar hazırlayır;
müzakirə, görüş, diskussiya və s. tədbirlərin hazırlanması, təşkili və keçirilməsində yoldaşları ilə səmərəli əməkdaşlıq edir.
AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİ KİMİ
Fənnin əsaslandırılması. Əsas təlim pilləsində müəyyən olunmuş fəaliyyətlər inkişaf etdirilməklə nitqi müxtəlif üslublarda dəqiq və düzgün qurmaq, Azərbaycan dilində düşünmək, ünsiyyət məqamına görə fikri sərrast ifadə etmək, zəruri yazı qaydalarını tətbiq etmək bacarıqları formalaşdırılır.
Dostları ilə paylaş: |