Ümumi nəticələr
Şagird:
öz fikirlərini Azərbaycan dilində sərbəst ifadə edir;
nitqin müxtəlif üslub və tiplərində mətnlər qurur;
yazılı nitqində orfoqrafiya və durğu işarələri qaydalarını tətbiq edir;
Azərbaycan dilində olan mətnlər üzərində işləyir, onların məzmunu və üslubu haqqında rəy və mülahizələrini bildirir;
Azərbaycan dilində aparılan tədbirlərdə çıxış və təqdimatlar edir;
sərbəst tərcümə bacarığı nümayiş etdirir.
ƏDƏBİYYAT
Fənnin əsaslandırılması. Şagirdlərin əsas təhsil pilləsində qazandıqları bacarıq və vərdişlər təkmilləşdirilməklə tarixi-xronoloji ardıcıllıqla Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolu, ədəbi ənənə və əlaqələri, Azərbaycan və dünya ədəbiyyatının görkəmli ədəbi simalarının yaradıcılığından nümunələr öyrənilir, ədəbiyyat nəzəriyyəsinə dair məlumatlar genişləndirilir, şagirdlərin ədəbi-bədii, tənqidi təfəkkürünün formalaşması təmin olunur.
Dostları ilə paylaş: |