TəHSİLİn konsepsiyasi (MİLLİ kurrikulumu) GİRİŞ



Yüklə 420 Kb.
səhifə44/65
tarix02.01.2022
ölçüsü420 Kb.
#35651
1   ...   40   41   42   43   44   45   46   47   ...   65
Milli Kurrikulum - AR NK 30 oktyabr 2006 N 233 qerar

Ümumi nəticələr

Şagird:

  • Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərləri haqqında məlumatları şərh və təqdim edir;

  • təsviri sənət növlərini onları təşkil edən əsas janrlara ayırır, bunların xarakterik xüsusiyyətlərini izah edir;

  • həyati görüntüləri real təsvir edir;

  • bədii sənət əsərlərini milli-üslubi cəhətlərinə görə müqayisə və izah edir;

  • bədii tərtibat və dizayn bacarıqları nümayiş etdirir.



2.3. ÜMUMİ ORTA TƏHSİL
2.3.1. Orta təhsilin məqsədi
Orta təhsilin məqsədi aşağıdakılardır:

  • təhsilin meyil, maraq və potensial imkanlar nəzərə alınmaqla təşkilini təmin etmək, istedad və qabiliyyətin reallaşdırılması üçün lazımi şərait yaratmaq;

  • şagirdlərdə ünsiyyət mədəniyyəti, sərbəst və müstəqil surətdə bilik və bacarıqlar qazanmaq və praktik işdə tətbiq etmək qabiliyyəti, icraçılıq, təşkilatçılıq, proqnozlaşdırma, tədqiqatçılıq və birgəfəaliyyət vərdişləri formalaşdırmaq;

  • şagirdləri müstəqil həyata, cəmiyyətdə fəal və gərəkli mövqe tutmağa, şüurlu peşəseçməyə hazırlamaq;

  • şagirdlərdə tənqidi, obrazlı və yaradıcı təfəkkür formalaşdırılmasını, nailiyyətlərin və yeniliklərin mahiyyətini dərk edib onları qiymətləndirə bilmək bacarıqlarını təmin etmək;

  • şagirdlərdə ana dilinə, ədəbi-bədii irsə, Vətənin tarixi keçmişinə, bu gününə, gələcəyinə məhəbbət və nikbinlik hissi yaratmaq, onlarda təbiəti sevmək və qorumaq, milli və ümumbəşəri dəyərlərə, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmaq və tolerant münasibət bəsləmək keyfiyyətləri aşılamaq;

  • şagirdlərin texniki vəsaitlərdən, iqtisadi biliklərdən gündəlik fəaliyyətdə səmərəli istifadə etmələrini, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaya bilmələrini təmin etmək.



Yüklə 420 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin