23-cü sualın cavabı
Malların qəbuluna dair hər hansı təsdiqləyici sənədlər və ya istinad olmadan alış hesab-fakturaları, eləcə də iş saatı tabeli ilə tam əlaqəli olmayan və ya üzləşməyən əmək haqqı cədvəlləri aşağı keyfiyyətli sübutlardır. Heç bir kəmiyyət sayı bu aşağı keyfiyyəti kompensasiya etməyəcək.
Bu bəndlər üçün alternativ əlavə yoxlamalar işlənib hazırlana bilər.
(a) Alışlar üçün
Yoxlayın əgər: Satınalınan ümumi miqdar × Qiymət = Qeydə alınmış satınalmalarındəyəri
Satınalınan xammal miqdarının mal-material ehtiyatlarının yekunu ilə ümumi üzləşdirilməsi.
Dövrün əvvəlinə qalıq + Alışlar – İstehsal uçotuna əsasən istehlak edilən xammal = Dövrün sonuna qalıq.
(b) Əmək haqqı cədvəlləri üçün
Əmək haqqı xərclərinin ümumi xərclərə nisbətinin və istehsal olunan hər vahid üzrə və hər işçi üzrə əmək haqqı xərclərinin keçmiş tendensiyalara uyğun olub-olmadığını yoxlayın.
Əlavə iş saatları ilə bağlı xərclərin istehsalla əlaqəsinin ardıcıl olub-olmadığını yoxlayın.
Sual 24
Maliyyə hesabatlarının audit yoxlamasını həyata keçirərkən, auditor köməkçisi xammal istehlakının doğruluğunun yoxlanılma qaydasını müəyyən etmək üçün sizə yaxınlaşır. Bu sahədə daxili nəzarət mexanizmləri qənaətbəxşdir.
Tələb olunur:
Köməkçiyə səbəbləri izah etməklə, bu tapşırığın yerinə yetirilməsi üçün lazım olan ən yaxşı yanaşma barədə məsləhət verin.
Dostları ilə paylaş: |