25-ci sualın cavabı:
Maliyyə hesbatlarının audit yoxlaması ilk dəfə aparıldıqda, yetərli uyğun auditor sübutları əldə etmək üçün auditor audit prosedurlarını yerinə yetirməlidir. Dövrün əvvəlinə qalıqlar əvvəlki dövrün əməliyyatlarının və hadisələrinin təsirlərini və əvvəlki dövrdə tətbiq edilən uçot siyasətlərini ifadə etdiyindən, auditora dövrün əvvəlinə qalıqların xarakteri, dövrün əvvəlinə qalıqların və uçot siyasətlərinin əhəmiyyətliliyi barədə sübutlar əldə etmək lazımdır.
Dövrün əvvəlinə qalıqlar üçün auditor mal-material ehtiyatlarının fiziki yoxlanışının müşahidə edilməsi kimi müəyyən prosedurları yerinə yetirə bilməyəcəkdir. Lakin, o, auditor sübutunu əldə etmək üçün debitor və kreditor borcları qalıqları üzrə üçüncü tərəfin təsdiqinin əldə edilməsi kimi audit prosedurlarını yerinə yetirə bilər. Buna anoloji olaraq, onun əsas vəsaitlər və investisiyalarla bağlı uyğun prosedurları yerinə yetirməsi lazımdır. Auditor dövrün əvvəlinə qalıqlara dair yazılı təqdimat da əldə edə bilər.
Buna müvafiq olaraq, Sahinin dövrün əvvəlinə qalıqların etibarlılığına dair yetərli uyğun auditor sübutunu əldə etməsi üçün belə prosedurları yerinə yetirməsi lazımdır.
Sual 26
Müştərinizin MVHH-də binaların tikintisi üçün alınmış 6 mln. dollar qalığı olan kredit məbləği açıqlanır. Bu ifadədə hansı müddəalar var və onları yoxlamaq üçün hansı sübutlar lazımdır?
Dostları ilə paylaş: |