22-ci sualın cavabı:
Müddəalar və müvafiq yoxlamalar aşağıda təqdim edilmişdır:
(a) Tamlıq
Müddəa: Bütün kreditor borclar MVHH-da təqdim olunan rəqəmə daxil edilir.
Sübut: Bu müddəa sistemin qəbul edilən bütün satınalmaların qeydə alınmasının təmin edibetmədiyini yoxlanılması və kreditor borcları ledcerinin nəzərdən keçirilməsi vasitəsilə yoxlanılır.
Bunun üçün hesab-fakturaların nümunəsi seçiləcək. Bu nümunələr hesab-fakturaların alışlar və həmçinin kreditor borclar kimi qeydə alınmasını təsdiq etmək üçün satınalmaların gündəlik uçotu kitabı ilə yoxlanılacaq.
b) Qiymətləndirmə və bölüşdürmə
Müddəa: Qiymətləndirmə düzgün aparılıb; bölüşdürmə və düzəlişlər, məsələn alınan endirimlər, düzgün edilmişdir.
Sübut: Bu alış hesab-fakturalarının nümunəsinin yoxlanılması və aşağıdakıların üzləşdirilməsi vasitəsilə yoxlanılır:
alış hesab-fakturalarındakı məbləğlərin əlaqəli alış sifarişi ilə
alış hesab-fakturalarındakı miqdarın malların mədaxili haqqında qaimələrdəki miqdarla
Bundan əlavə, təsdiq olunacaqdır ki, ödənişlər müəyyən olunmuş vaxtda (alış tələbnamələrində qeyd edildiyi kimi) həyata keçirilir. Ödənişlərin vaxtında həyata keçirildiyi yerdə, auditor endirim alındığını təsdiq edəcəkdir. Kreditor borcları ledceri köhnə və düzəliş edilməmiş qalıqlar üçün yoxlanılmalıdır. Ödənişlərin edilməməsinə səbəblər müştəri ilə müzakirə edilməlidir və əgər tələb olunarsa, məbləğlər təkrar yazılmalı ola bilər.
c) Mövcudluq
Müddəa: Kreditor borcları doğrudan da mövcuddur.
Sübut: Təchizatçılardan alınan hesabatlar təchizatçıların hesabı ilə tutuşdurula bilər. Təchizatçılardan borclara dair üzləşmə aktının alınması kreditor borclarının mövcudluğunu təsdiq etməkdə kömək edir. Buna analoji olaraq, sonrakı ödənişlər yoxlanıla bilər.
d) Hüquq və öhdəliklər
Müddəa: İqtisadi subyekt üzərinə məbləğləri təchizatçılara ödəmək öhdəliyi götürüb.
Sübut: İqtisadi subyektin alış tələbnamələri, malların alınmasına dair qaimələri və alış hesabfakturaları yoxlanıla bilər.
Sual 23
Şirkətin qeydlərini audit edərkən siz aşağıdakı sübutlarla üzləşirsiniz:
(a) Hər hansı təsdiqləyici sənədlər və ya malların qəbulu ilə bağlı istinad sənədi olmayan alış hesab-fakturaları.
(b) Əmək stajları ilə tam olaraq bağlı olmayan və ya onlarla üzləşdirilməyən əməkhaqqı ödəniş cədvəlləri.
Tələb olunur:
Yuxarıda təsvir olunan sübutun keyfiyyəti ilə bağlı şərh verin və bu sübutun hansı miqdarının uyğun ola biləcəyini müzakirə edin.
Dostları ilə paylaş: |