18-ci sualın cavabı:
Əmək haqlarının ödənilməsi ilə bağlı xərclər maliyyə hesabatının ən mühüm ünsürlərindən biridir. Nəzarət yoxlanışlarıdan əldə olunan audit sübutu əmək haqlarında olan kənarlaşma ilə bağlı təhrif riskinin çox yüksək olduğunu aşkar etdi, yəni, auditorlar nəzarət riskinin yüksək olması qənaətinə gələrdilər. Auditorların müşahidəsi aydın şəkildə göstərir ki, audit prosedurlarının nəticələrinə əsasən əldə olunan audit sübutu dəyişdiyinə görə, maliyyə hesabatlarında (əmək haqlarının ödənilməsi ilə bağlı xərclərlə əlaqədar) əhəmiyyətli təhrif riski yüksəkdir. Buna görə də, auditor bütün audit planını və strategiyasını dəyişməli olacaqdır. 530 saylı BAS-a əsasən auditor risklərin qiymətləndirilməsi ilə əlaqədar nəzarət mexanizmlərinin operativ effektivliyinə nə qədər çox etibar edirsə həmin auditorun apardığı nəzarət yoxlanışlarının sayı da bir o qədər çox olacaqdır.
Buna görə də dəyişiklik edilmiş audit strategiyası və planı aşağıda verilən əlavə nəzarət yoxlanışları və mahiyyəti üzrə prosedurların icrasına daxil edilməlidir:
Maaş artımına haqqı olan işçilərin dəqiq siyahısını rəhbərlikdən alıb işçilərin 20%-i üçün olan maaş artımının yenidən hesablanması.
Əmək haqqı proqramının müvafiq illik maaş artımları və maaşdan aylıq tutulmalar ilə birlikdə yenidən işə salınmasın xahiş etmək. Auditorlar daha sonra 5% işçinin hesablanmış məbləğlərini yenidən hesablamalıdırlar.
Əmək haqların hesablanması cədvəldə edilən düzəliş qeydlərinin gözdən keçirilməsi.
İşçilərin iş saatları barədə olan hesabatlın (əgər varsa) müştəridən istənilməsi və həmin işçilərin kartlarını vurmadıqları gün işdə olub-olmadıqlarının müəyyənləşdirilməsi.
Bundan başqa, əgər auditor müvəqqəti audit aparırsa və bu auditi apararkən nəzarət yoxlanışları yerinə yetirirsə, onlar bu yoxlamaların nəticələrinə güvənməməlidirlər. Çünki onlar audit müddətində aparılan yoxlamaların effektivliyini təsdiq etməlidirlər. Bu səbəbdən, onlar qalan vaxtlarda da nəzarət yoxlanışları aparmalıdırlar.
Auditorlar həmçinin, daxili nəzarət mexanizmlərinin il ərzində fəaliyyət göstərib-göstərmədiyini yoxlamalıdırlar. Əgər auditorlar nəzarət mexanizmlərinin müəyyən dövr ərzində dəyişdiyini müşahidə edərlərsə, o zaman onlar müxtəlif vaxtlarda nəzarət mexanizmlərini ayrı-ayrılıqda yoxlayıb, hər bir müddəti ayrılıqda nəzərə alaraq tətbiq edilən proseduraların dərəcəsi, müddəti və mahiyyəti barədə qərar verməlidirlər.
Sual 20
Aşağıdakı qeydlərin doğru və ya yanlış olduğunu izahlı şəkildə göstərin:
1. Auditorun daxili nəzarət sistemindəki çatışmazlıqlar barəsində məlumat vermək öhdəliyi müəssisənin idarəçilikdə olan şəxsləri ilə məhdudlaşır.
2. Nəzarətləri yoxlamaq və çatışmazlıqları aşkara çıxarmaq kənar auditorun əsas vəzifəsidir.
3. Ümumilikdə, praktikada auditor onun nəzərinə çarpan çatışmazlıqlar barəsində məktub hazırlamamışdan öncə bu çatışmazlıqları və bu çatışmazlıqlar barəsində onun irəli sürdüyü tövsiyələri idarəçilikdə olan şəxslərlə müzakirə etməlidir.
4. Rəhbərliyə məktub çatışmazlıqların səbəbləri, nəticələri və auditor tərəfindən verilmiş tövsiyələri əhatə edir
Dostları ilə paylaş: |