Tələb olunur



Yüklə 129,56 Kb.
səhifə16/31
tarix10.05.2022
ölçüsü129,56 Kb.
#57098
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
Audit 2 sual ve cavablar Isa Aliyev

15-ci sualın cavabı:

Ümumi xarakteristika aşağıdakı kimidir:

1. Məlumatlandırıcı xarakter: işçi sənədlər yekun rəy vermək üçün hazırlanırlar. Onlar informasiya təmin etməli, müvafiq olmayan və lazımsız detallardan yayınmalıdırlar.

2. Dəqiqlik: işçi sənədlərdə olan informasiya dəqiq olmalıdır. Qeyri-dəqiq informasiya vəziyyəti daha da mürəkkəbləşdirəcək.

3. Aydınlıq: işçi sənədlər fikir və onun ifadəsi baxımından aydın olmalıdırlar. Aydın olmayan məlumat informasiya hesab olunmur. Hər bir audit işçi sənədi qısamüddətli deyil, uzunmüddətli dəyərə malikdir.

4. Oxuna bilmə: bütün işçi sənədlər oxuna bilən olmalıdır. Tam, dəqiq və aydın informasiya oxuna bilmədikdə lazımsız olur.

5. Dizayn: işçi sənədlər yaxşı başa düşülməni təmin edən quruluş və dizayna malik olmalıdırlar. Bunu əldə etmək üçün çap olunmuş audit dəftərxana sənədlərindən və ya elektron standart işçi sənədi formatlarından istifadə etmək lazımdır.

6. Düzgün indeks: işçi sənədlər audit icmalı faylında həm cildlərə görə, həm də hər bir işçi sənəd faylına görə düzgün nömrələnməlidirlər.

7. Məxfilik: işçi sənədlərdəki informasiya məxfidir və auditin gedişində müştərinin işçi heyətinə açıqlanmamalıdır. Kənar şəxslərin maraqlarını nəzərə alaraq bu informasiya nə auditin gedişində, nə audit bitəndən sonra, nə də yeni auditor təyin olunanda açıqlanmamalıdır. İnformasiya yalnız müştərinin açıq razılığı ilə və ya qüvvədə olan qanunvericiliyə uyğun olaraq açıqlana bilər.

Sual 16

Aşağıdakı Debitor borcları – Təsdiqləmə statistikası üzrə (C-80 nömrəli) işçi sənəd M şirkətinin auditi zamanı köməkçi auditor olan Azər tərəfindən hazırlanmışdır. Daha yüksək vəzifəli auditor olan Zaur işçi sənədləri yoxlayır.



Simvolların mənaları

√ Kreditor borcları üzrə hesabatların ledceri ilə uyğunlaşdırılmışdır

* Ümumi ledcer və audit icmalına uyğunlaşdırılmışdır

C İstisnasız (ziddiyyətsiz) təsdiqlənmişdir

CX İstisna ilə (ziddiyyətli) təsdiqlənmişdir

Tələb olunur:

İşçi sənədlərdə yüksək vəzifəli auditorun aşkar etməli olduğu fərqləri təsvir edin.




Yüklə 129,56 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin