Tələb olunur



Yüklə 129,56 Kb.
səhifə12/31
tarix10.05.2022
ölçüsü129,56 Kb.
#57098
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
Audit 2 sual ve cavablar Isa Aliyev

11-ci sualın cavabı:

Gülayın K şirkəti ilə bağlı (maliyyə hesabatı və ya müddəa səviyyəsində) müəyyən etdiyi audit riskləri belədir:

Audit riskləri: maliyyə hesabatları səviyyəsində Fond birjasında qeydiyyatdan keçdiyi üçün K şirkətinin rəhbərliyi birja fondunun müxtəlif tələblərinə əməl etməlidir. Bundan başqa, rəhbərlik istifadəçilərin, əsasən də səhmdarların istəklərinə uyğun hərəkət etməlidir. Bu zaman rəhbərlik şirkət haqqında müsbət təsəvvür formalaşdırmaq üçün rəqəmləri təhrif edə bilər.

Şirkət rəhbərliyi yeni səhmlər buraxmaqla əlavə pul vəsaitləri toplamaq istəyir. Bununla bağlı olaraq şirkət daha çox investor cəlb etmək məqsədilə yaradıcı mühasibat metodundan istifadə edərək özünün maliyyə baxımından əlverişli vəziyyətdə olduğunu göstərməyə çalışır.

K şirkətinin ölkə xaricində biznes əlaqələri mövcuddur, buna görə də şirkət iqtisadi qeyir-stabilliyə, valyuta kursunda tərəddüdlərə və inflyasiyaya/iflasa məruz qala bilər. Bundan başqa, şirkət müxtəlif ölkələrin maliyyə bəyanatları üzrə qanunlarına əməl etməlidir.

Müddəa səviyyəsində audit riskləri

Kömür şaxtalarının faydalılıq müddəti təhrif edilə və yanlış qiymətləndirmə həyata keçirilə bilər. Rəhbərlik şaxtaların faydalılıq müddətini qiymətləndirərkən Gülay bu qiymətləndirmənin əsasını yoxlamalıdır. Hər bir şaxtanın faydalılıq müddəti müxtəlif ola bilər, amma bu müvafiq formada qiymətləndirilməli və maliyyə hesabatlarında əks olunmalıdır. Hesablanmış amortizasiya lazım olandan çox və ya az olmamalıdır.

Zədələnmiş şaxtanın dəyəri şişirdilə bilər. Əgər şaxta təmir oluna bilməyəcək dərəcədə zədələnmişdirsə o, K şirkətinin mühasibatlılq kitabından çıxarılmalı və itki orada qeyd olunmalıdır. Hətta şaxta tam zədələnməsə belə onun faydalılıq müddəti azala bilər, buna görə də şaxtanın işlək vəziyyətdə olan hissəsi nəzərə alınaraq müvafiq qiymətləndirmə aparılmalıdır.

Əgər şaxtanı su basıbsa şirkət şaxtadan suyu təmizləməlidir və bu da əlavə xərclərə səbəb ola bilər. Şirkət bunlar maliyyə hesabatında qiymətləndirilmiş ehtiyatlar yaratmalıdır. Gülay xərcləri və qiymətləndirilmiş ehtiyatları yoxlayarkən bunu nəzərə almalıdır. Hər bir şaxtada kran və qazma qurğuları təhrif edilmiş şəkildə göstərilə bilər. Bu qurğuların istifadə müddəti başa çatdıqdan sonra onlar amortizasiya olunmalıdır.

İcarə əsasında işlədilən şaxtalarda audit yoxlaması münasib formada keçirilməyə bilər. Gülay bütün icarə müqavilələrini yoxlamalı, onların hansının operativ icarə və ya maliyyə əsaslı icarə olduğunu, eləcə də şirkət tərəfindən bunun müvafiq qaydada təsnifləşdirildiyini və mühasibatın aparıldığını müəyyən etməlidir.



Sual 12

Elmarın özünün sahibi olduğu və idarə etdiyi audit firması var. Onun ixtisası icbarı auditdir və onun bir neçə korporativ müştəriləri var. Onun ən böyük müştərisi (son 5 ildə auditoru olduğu) LCD televizorlar istehsal edən və satan P şirkətidir. Sözügedən şirkət öz satış dövriyyəsini 50 milyon dollardan 75 milyona dollara qaldıra bilmişdir və yenicə kosmetik məhsullara sərmayə yatırmışdır.

Elmar da bu yaxınlarda yeni müştərisi olan D Bankı ilə xidmət müqaviləsi imzalamışdır. Bank ənəvi və elektron üsullarla xidmət göstərir və sürətlə inkişaf edir. Bankın hazırda 4 filialı vardır ki, bunların da ikisi tam kompyuterləşdirilmişdir.

Elmar iki auditi eyni zamanda həyata keçirir və planlaşdırma prosesinə başlayır. O hesab edir ki, beş ildir auditoru olduğu P şirkətinin bütün mühasibat prosedurlarını, qaydalarını və daxili nəzarətini tam bilir. O müəyyən edir ki, əvvəlki illər ərzində daxili nəzarət mexanizmləri adekvat və effektiv olmuşdur. Buna görə də o, daxili nəzarət sistemini tam yoxlamamağa qərar verir. Elmar həm də keçən il istifadə etdiyi audit planından istifadə etməyi qərara alır.

D Bankı barədə isə Elmar hesab edir ki, bankın iki filialı tam kompyuterləşdirilmiş olduğu üçün minimum yoxlama tələb edəcək. Qalan iki filial üçün isə o, mövcud daxili nəzarət sistemini intensiv şəkildə yoxlamağı qərara alır.

Tələb olunur:

Elmarın audit planının nə qədər effektiv olacağını qiymətləndirin. Həmçinin, hər iki müəssisənin audit riskini artıran faktorları göstərin.


Yüklə 129,56 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin