Tələb olunur



Yüklə 129,56 Kb.
səhifə8/31
tarix10.05.2022
ölçüsü129,56 Kb.
#57098
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   31
Audit 2 sual ve cavablar Isa Aliyev

7-ci sualın cavabı

İlk öncə Hafizə kənar audit hədəfinin daxili auditorun hədəfindən fərqli olması izah edilməlidir.

Kənar auditor maliyyə hesabatlarının düzgün və ədalətli olması ilə maraqlanır, lakin daxili auditor müəssisənin fəaliyyətinə nəzarət edir və onu qiymətləndirir.

(a) Auditorun rolu

(i) Audit yanaşması: hər iki auditorun audit yanaşması fərqlidir. Kənar auditorlar öz audit prosedurlarının mahiyyəti, vaxtının müəyyən edilməsi və miqyası haqqında qərar verməzdən əvvəl ilk öncə daxili nəzarət səviyyəsini nəzərdən keçirirlər. Əgər daxili nəzarətin çox effektiv olmadığını aşkar edərlərsə, onlar ekstensiv prosedurlar həyata keçirəcəklər; əgər effektivlik müşahidə olunarsa mahiyyəti üzrə yoxlanış həyata keçirəcəklər. Lakin daxili auditorların audit yanaşması çox detallıdır. Onlar öz auditlərini kənar auditordan daha ekstensiv şəkildə həyata keçirməlidirlər.

(ii) Auditin əhatə dairəsi: kənar auditorun əsas öhdəliyi müəssisənin maliyyə hesabatlarının düzgün və ədalətli olması haqqında müstəqil rəy bildirməkdir. Buna görə də maliyyə hesabatları ilə bağlı bütün sahələr yoxlanılmalıdır. Daxili auditin əhatə dairəsi tapşırıqlar üzrə dəyişir. Əgər daxili auditorların işi xüsusi məqsəd üçündürsə, onlar həmin xüsusi sahəni hərtərəfli yoxlamaqla bağlı uyğun planlaşdırma aparmalıdırlar.

(iii) Auditin qeyri-maliyyə sahələri: kənar auditorun rolu adətən yalnız maliyyə məsələləri ilə məhdudlaşır və buna görə də onların audit planı sadəcə maliyyə məlumatları ilə əlaqəli olan audit prosedurlarını əhatə edir. Buna baxmayaraq daxili auditorun fəaliyyəti maliyyə və qeyri-maliyyə aspektlərini əhatə edir və şirkətin əməliyyatlarına da toxuna bilər. Kənar auditor maliyyə hesabatlarında hər hansı təhrifin olub-olmamasını yoxlamalıdır, lakin daxili auditor müəssisənin maliyyə və eləcə də əməliyyatlarla bağlı olan fəaliyyətlərini nəzərdən keçirməlidir.

(iv) Daxili nəzarət öhdəlikləri: kənar auditor yalnız etibar etmək istədiyi daxili nəzarət mexaniziminin effektivliyini yoxlayır, daxili auditor isə bütün daxili nəzarət mexanizmlərinin effektivliyini yoxlamalıdır. Kənar audit planına bütün nəzarət sistemlərini yoxlamağın lazım olub-olmaması daxildir.

(v) Audit faktlarının toplanması

Rəy formalaşdırmaq üçün auditor adekvat və müvafiq dəlillər (sübutlar) toplamalıdır.

Toplanmış audit sübutu tam və münasib olmalıdır.

(i) Audit sübutunun toplanması üçün istifadə edilmiş prosedurların miqyası

Kənar auditorlar adətən seçmə yoxlamadan istifadə edirlər. Onlar daxili nəzarət funksiyalarını yoxlayır və sonra münasib sübutun əldə edilməsi üçün həyata keçirilməli olan prosedurla bağlı qərar qəbul edirlər. Bu, maliyyə hesabatlarında hər hansı təhrifin olub-olmamasını yoxlamaq üçün edilir. Onlar maliyyə hesabatlarının etibarlılığı haqqında məntiqəuyğun zəmanət verirlər. Lakin daxili auditor sübut əldə etmək üçün ekstensiv prosedurlar həyata keçirir. Onlar rəhbərliyin adından çalışırlar və əksər hallarda onlardan maliyyə hesabatlarının etibarlılığı və daxili nəzarət sistemləri üzrə əməliyyatlar haqqında zəmanətin ən yüksək səviyyəsini təmin edən audit sübutu toplamaq tələb olunur.

(ii) Sübutun mənbələri

Hər iki auditor audit sübutlarını, demək olar ki, eyni mənbədən toplayır. Lakin daxili auditorlar mühasibatlıq qeydlərinin, aktivlərin tədqiqi, prosedurların, analitik prosedurların müşahidəsi kimi daxili mənbələrdən daha çox asılıdırlar. Digər tərəfdən, kənar auditorlar da bank hesabatları, mal-material ehtiyatı ilə bağlı üçüncü tərəflərin təqdim etdiyi sertifikatlar kimi xarici mənbələrdən sübut əldə edirlər. Bundan əlavə, xarici auditor daxili auditor tərəfindən toplanmış sübutlardan istifadə edə bilər.

(iii) Əməliyyatlarla bağlı məsələlər

Kənar auditor maliyyə hesabatları ilə daha çox əlaqəli olduğu halda daxili auditor bir çox qeyri-maliyyə məsələləri üzrə fəaliyyət göstərə bilər.

Sual 8

Zaur T şirkətinin icraçı direktorudur. O, öz biznesinə yaşadığı ərazidə kiçik geyim mağazası açmaqla başlayır. İndi onun biznesi böyüyub, şirkətin bütün şəhərdə mağazaları var və baş ofis şəhərin mərkəzində yerləşir. Azər müəssisənin xarici auditorudur. Biznesin mahiyyəti və mürəkkəbliyini nəzərə alaraq Azər müəssisə üçün daxili auditor təyin etməyi Zaura tövsiyə edir. Lakin Zaur xarici auditorun gördüyü eyni iş üçün daxili auditor təyin etməyin vacibliyini anlamır.

O, həmçinin, daxili auditoru təyin etməyin lüzumsuz olaraq müəssisənin gündəlik fəaliyyətlərini çətinləşdirib-çətinləşdirməyəcəyini Azərdən soruşmaq istəyir. Azər daxili auditə tələbatla bağlı Zauru inandırmalı və həmçinin, daxili auditin çatışmazlıqlarını izah etməlidir.

Tələb edilir:

Azər daxili auditə olan ehtiyacı və onun imkanlarını Zaura necə izah etməlidir?


Yüklə 129,56 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin