Tələb olunur



Yüklə 129,56 Kb.
səhifə11/31
tarix10.05.2022
ölçüsü129,56 Kb.
#57098
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   31
Audit 2 sual ve cavablar Isa Aliyev

10-cu sualın cavabı:

(a) Audit riski

Maliyyə hesabatlarında əhəmiyyətli təhrifin olmasına baxmayaraq auditorun düzgün olmayan rəy verməsi riski, yəni maliyyə hesabatlarında əhəmiyyətli təhrif olmasına baxmayaraq auditor dəyişdirilməmiş rəy təqdim edir.

Audit riskinin üç əsas komponenti vardır: daxili risk, nəzarət riski və aşkar etməmə riski.

Daxili risk

Bu risk müəssisənin biznesinin mahiyyəti və məşğul olduğu sənaye sahəsi ilə bağlıdır. Belə risk həmişə mövcuddur. Bunları aradan qaldırmaq mümkün deyil, amma müəyyən tədbirlər görməklə onların təsirini azaltmaq olar. Bunu etmək üçün ən geniş yayılmış üsullardan biri daxili nəzarət sistemidir.

Nəzarət riski

Daxili nəzarət sisteminin bütün daxili riskləri zəiflətməyə kömək etməsi mümkün deyil. Bu hal nəzarət riski kimi tanınır, yəni təşkilatın daxili nəzarət sistemi onu bütün daxili risklərdən qorumur.

Aşkar etməmə riski

Bu hal audit prosedurlarının bütün pozuntu və təhrifləri aşkar etməməsi riskidir.

(b) T şirkətinin audit riskinin artmasına səbəb olan məsələlər

Çoxsaylı filiallar

Bir qayda olaraq ölkə ərazisi üzrə yerləşən filiallara malik olan təşkilat audit riskinə daha çox meyllidir. Bu zaman işçi heyətinə, mal-material ehtiyatlarına və satışa nəzarət etmək çətin olur. Filiallar arası məhsul köçürmələri mühasibatı daha da çətinləşdirir. Kiçik, yüksək dəyərə sahib, arzuolunan mal-material ehtiyatı Mobil telefonların oğurlanma riski daha çoxdur. Qismən də olsa bu proses məyusedici mənfəətə səbəb ola bilər.

İnformasiya sistemlərinin qeyri-effektiv idarə olunması

Baxmayaraq ki, T şirkəti informasiya sistemlərinin idarə olunmasını həyata keçirib, müəssisə öz işçi heyətinə bu sahədə tam təlim keçməyib. Buna görə də sistemin nə dərəcədə yaxşı təşkil olunmasından asılı olmayaraq qeyri-dəqiq informasiya və ya hesabatın ortaya çıxma riski mövcuddur.

İnternet


T şirkəti elektron satış xidmətləri yaratmışdır. Amma (idarəetmə informasiya sistemlərində olduğu kimi) müəssisənin işçiləri bu satış forması ilə məşğul olmaq üçün lazımi prosedurlar və ya təhlükəsizlik nəzarəti ilə bağlı adekvat təlim keçməyiblər.

Sürətli genişlənmə

Çox zaman bu proses işçilərin normadan artıq çalışdığını və onlara çox az təlim keçildiyini ifadə edir. Böyük ehtimalla nəzarət qeyri-müntəzəmdir.

Nəzarət mühiti

Baş icraçı direktor daxili nəzarətlə maraqlanmır, belə yanaşma daxili nəzarət sisteminin formasına və mövcud olan bütün nəzarət metodlarının fəaliyyətinə mənfi təsir göstərə bilər.

Birinci illik auditi

Nəzərə alsaq ki, bu, Leylanın audit həyata keçirdiyi ilk ildir, onun təşkilat və proseduralarla tanış olmaması və s. ümumi audit riskini artırır.

Sual 11

K şirkəti kömür hasilatı ilə məşğuldur. Şirkət fond birjasında qeydiyyatdan keçmiş firmadır. Müəssisənin müxtəlif ölkələrdə filialları və həmin ölkələr üzrə başqa biznes bağlantıları da var. Şirkət hazırda 11 mədəndən kömür çıxarır, onlardan 9-u icarə əsasında işlədilir. Hər bir mədən üçün kran, qazma qurğuları və s. tələb olunur. Hər bir mədənin amortizasiyası istehsal olunan vahidlərinin sayı metoduna əsasən aparılır. Ona gör də mədənin faydalı istismar müddəti, yəni kömürün hasil olunacağı ehtimal olunan dövr, hər il qiymətləndirilir. Şirkətin mədənlərindən birini güclü leysan yağışları nəticəsində su basır. Mədənə böyük miqdarda ziyan dəyir. Genişlənmə proqramına uyğun olaraq şirkət rəhbərliyi əlavə pul vəsaiti toplamaq üçün yeni səhmlər buraxmaq istəyir. Gülay şirkətin auditoru təyin olunur.

Tələb olunur:

K şirkətinin üzləşdiyi audit risklərini həm maliyyə hesabatı baxımından, həm də müddəa səviyyəsində müəyyən edin.




Yüklə 129,56 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin