12-ci sualın cavabı:
Audit planlaşdırmasının iki əsas komponenti vardır: peşəkar skeptisizm və audit riski. Peşəkar
skeptisizm prinsipinə görə auditor nominal dəyərdə təqdim olunmuş hər bir informasiyanı və izahatı olduğu kimi qəbul etməməli, analitik düşüncəyə malik olmalıdır.
P şirkəti ilə bağlı Elmar peşəkar skeptisizm mövqeyindən çıxış etmir, çünki müəssisədə əvvəllər mövcud olan daxili nəzarət sisteminə kor-koranə bel bağlayır. O, bu səhvi D Bankın
kompyuterləşdirilmiş filialları üçün də informasiya sistemlərinin idarə olunmasına etibar etməklə
təkrar edir. O, hər iki müəssisənin daxili nəzarət sistemini kifayət qədər sınaqdan keçirməlidir.
Bundan başqa, onun P şirkəti üçün eyni audit planından istifadə etmək qərarı yenidən peşəkar
skeptisizm prinsipinin olmaması deməkdir. Auditor maliyyə hesabatlarının əvvəllər doğru və
ədalətli olmasına əsaslanaraq onlarda bu dəfə də əhəmiyyətli təhrif olmayacağını avtomatik
olaraq qəbul etməməlidir.
Audit riskləri
Audit planı hazırlamazdan əvvəl Elmar mövcud audit risklərini nəzərə almalıdır. Risklər auditin
mahiyyəti, vaxtı və miqyası ilə bağlı lazımi qərarlar qəbul etmək üçün hər il yenidən
qiymətləndirilməlidir. P şirkəti və D Bankı ilə bağlı olan audit riskləri aşağıdakı kimidir:
P şirkəti:
Daxili nəzarət sisteminin adekvatlığı
Daxili nəzarət sisteminin adekvatlığı satış dövriyyəsində artımı nəzərə alaraq yoxlanmalıdır.
Müxtəliflik
P şirkəti yenicə fərqli bir məhsula sərmayə yatırmışdır. Müəssisənin bu sahədə təcrübəsizliyini nəzərə alsaq bu yeni audit risklərinə səbəb ola bilər.
Sürətli inkişaf
P şirkətinin satış dövriyyəsində kəskin artım olmuşdur. Elmar sifarişlərin çatdırılması ilə bağlı gərgin işlərin işçi heyətinin müvafiq daxili nəzarət sistemini təhlükəyə məruz qoyub-qoymadığını yoxlamalıdır. Elmar həm də bu genişlənmənin necə maliyyələşdirildiyini də yoxlamalıdır.
D bankı:
Kompyuterləşdirilmiş sistem
Elmar bütün filialların daxili nəzarət sistemini intensiv olaraq yoxlamalıdır. İki kompyuterləşdirilmiş filiala gəldikdə isə bunlarda da audit riski mövcud ola bilər, çünki bu filialların işçi heyəti informasiya sistemlərinin idarə olunmasında adekvat təlim keçməmiş ola bilər.
Kompyuterlər heç bir xətanın baş verməyəcəyinə zəmanət vermir.
Nəzarət mühiti
Bundan başqa, bankın kompyuterləşdirildiyi və onlayn fəaliyyət göstərdiyini nəzərə alsaq virus və haker hücumlarını istisna etməmək lazımdır. Riskləri zəiflətmək üçün müvafiq nəzarət mexanizmləri auditor tərəfindən tətbiq olunmalı və qiymətləndirilməlidir.
Birinci illik audit
Bu Elmarın təşkilatda auditi həyata keçirdiyi ilk ildir, bu baxımdan onun təşkilat və prosedurlarla tanış olmaması ümumi audit riskini artırır.
Sual 13
Kamil son 7 il ərzində T şirkətinin auditoru olmuşdur. Son 3 ildə müəssisənin biznesində əhəmiyyətli dərəcədə artım olmudur. Kamil bu il üçün audit planı hazırlamalıdır. O, öz audit planını hazırlamaq üçün audit komandasının iclasını çağırır. Onlar bu iclasda keçən audit planı zamanı onlara auditi vaxtında başa çatdırmağa imkan verməyən çətinlikləri müzakirə etdilər.
Kamil hesab edir ki, indi T şirkəti üçün audit planını dəyişməyin vaxtıdır.
Tələb olunur:
Kamilin audit komandasını audit planını dəyişdirməyə və aralıq audit həyata keçirməyə necə inandıra biləcəyini izah edin.
Dostları ilə paylaş: |