Tələb olunur



Yüklə 129,56 Kb.
səhifə9/31
tarix10.05.2022
ölçüsü129,56 Kb.
#57098
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
Audit 2 sual ve cavablar Isa Aliyev

8-ci sualın cavabı

Daxili auditin imkanları mühasibat uçotu qeydlərinin rutin yoxlanışı ilə məhdudlaşmır, həm də müxtəlif əməliyyat funksiyalarının yoxlanışını, nəzərdən keçirilən fəaliyyətlər və əməliyyatlar üzrə məsləhət və tövsiyələrin təmin edilməsini özündə birləşdirir. 200 saylı BAS-a əsasən auditin əhatə dairəsinə auditor mühakiməsi və BAS-lara əsaslanmaqla audit hədəflərinə nail olmaq üçün münasib hesab olunan audit prosedurları daxildir.

Bu hal daxili auditin əhatə dairəsinin audit hədəflərindən və auditin həyata keçirilməli olduğu tənzimləyici çərçivədən asılı olduğunu göstərir.

Daxili Auditorlar İnstitutu özünün Daxili Audit üzrə Peşəkar Təcrübə Standartlarında daxili auditin əhatə dairəsinin tərifini bu cür verir: ”müəssisə daxilində daxili nəzarətin adekvatlığı və effektivliyinin, eləcə də təyin edilmiş öhdəliklərin icrası üzrə fəaliyyətin keyfiyyətinin yoxlanması və qiymətləndirilməsi”. Daxili auditin imkanları tapşırıqdan tapşırığa dəyişir. Daxili auditin əhatə dairəsinə aşağıdakılar daxil olmalı, lakin daxili audit bunlarla məhdudlaşmalı deyil:

(a) Müəssisədaxili nəzarətin adekvatlığı və effektivliyinin yoxlanması və qiymətləndirilməsi.

(b) Maliyyə və əməliyyat məlumatlarının etibarlılığı, bütövlüyü, adekvatlığı və dəqiqliyinin, eləcə də bu məlumatların müəyyən edilməsi, ölçülməsi, təsnifləşdirilməsi və hesabatının verilməsi üçün istifadə edilən mexanizmlərin nəzərdən keçirilməsi.

(c) Müvafiq qayda-qanunlara və həmçinin, rəhbərliyin strategiyasına uyğunluğun təmin edilməsi məqsədilə yaradılmış sistemin nəzərdən keçirilməsi.

(d) Müəssisənin aktivlərinin oğurluq, yanğın, təhrif və s. müxtəlif zərərlərdən qorunmasını təmin etmək üçün sistemin nəzərdən keçirilməsi.

(e) Müəssisənin əməliyyatları üzrə qənaət, effektivlik və səmərəliliyin müəyyən edilməsi

Müəssisənin əməliyyatlarının təkmilləşdirilməsi ilə bağlı tövsiyələrin verilməsi də daxili auditordan gözlənilir. Buna aşağıdakı istiqamətlərdə nail olmaq olar:

(a) Riskin idarə edilməsi

Daxili auditor mahiyyət, zaman və miqyas etibarilə təsdiqetmə səviyyəsində əhəmiyyətli xətaların qiymətləndirilmə riskinə uyğun olan yeni audit prosedurlarını formalaşdıra və həyata keçirə bilər.

(b) Daxili nəzarət prosesi

Daxili auditor daxili nəzarət sistemindəki çatışmazlıqları aşkar etdikdən sonra müvafiq təkmilləşdirmə metodları hazırlana və tövsiyə edilə bilər.

(c) Korporativ idarəetmə

Korporativ idarəetmə dörd elementdən təşkil olunmuşdur - xarici audit, audit komitəsi, rəhbərlik və daxili audit funksiyası. Daxili audit funksiyası korporativ idarəetmə üçün məsul olan digər üç tərəfin hər biri üçün mənbə rolunu oynayır.



Sual 9

B şirkəti dünya üzrə 200 filialı olan səyahət agentliyidir. Müəssisənin daxili audit şöbəsi var.

Müəssisənin icraçı direktoru cənab Paşayev maliyyə hesabatlarının təhlili vasitəsilə müşahidə edir ki, daxili audit heyətinin səyahət xərcləri bu il çox artıb. Cənab Paşayev məsrəflərin azaldılmasının müəssisə üçün əhəmiyyətli olduğunu anlayır və daxili audit heyətinin səyahət məsrəflərinin daxili audit autsorsinqi vasitəsilə aradan qaldırılacağını hiss edir. Cənab Paşayev daxili audit şöbəsinin autsorsinqini reallaşdırmaq istəyir, lakin o, işin keyfiyyətini təhlükə qarşısında qoymaq istəmədiyi üçün autsorsinqin üstün və çatışmayan cəhətlərini bilmək istəyir.

Tələb edilir:

Cənab Paşayevə daxili audit funksiyasının autsorsinqinin üstün və çatışmayan cəhətlərini izah edin.


Yüklə 129,56 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin