Tələb olunur



Yüklə 129,56 Kb.
səhifə6/31
tarix10.05.2022
ölçüsü129,56 Kb.
#57098
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   31
Audit 2 sual ve cavablar Isa Aliyev

5-ci sualın cavabı

Kənar auditor rəhbərlikdən asılı deyil, daxili auditor isə tamamilə müstəqil vəzifəli şəxsdir. Nəticə etibarilə, daxili auditorun yanaşması rəhbərliyin nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyan məsələlərlə bağlı hesabat verməkdir, lakin kənar auditor başlıca olaraq səhmdarlara təqdim edilən maliyyə hesabatlarının düzgün və ədalətli olmasının müəyyən edilməsi istiqamətində fəaliyyət göstərir.

Öz rollarını effektiv şəkildə həyata keçirmək üçün (rəhbərliyin fəaliyyətini və işçilərin qeyri-məhdud qiymətləndirilməsinə imkan vermək üçün) daxili auditorların müəssisənin rəhbərindən vəzifə tabeçiliyi baxımından müstəqil olması tələb edilir. Müstəqilliyi təmin etmək üçün audit üzrə rəhbər şəxslər audit komitəsinin sədrinə hesabat verirlər və sadəcə həmin şəxsin razılığı ilə əvəz edilə bilərlər. Kənar auditorların müstəqilliyi müəssisənin maliyyə nəzarətinin və hesabatlarının doğru və müfəssəl qiymətləndirilməsinin təmin edilməsi üçün həlledici rol oynayır. Kənar auditor və müəssisə arasındakı auditin özü ilə bağlı əlaqədən başqa istənilən əlaqə kənar auditorun hesabatında qeyd edilməlidir.


  • Kənar auditor rəhbərlikdən asılı deyil və səhmdarlara hesabat verir. Daxili auditor rəhbərliyə hesabat verir.

  • Kənar auditor səhmdarlara təqdim edilən maliyyə hesabatlarının düzgün və ədalətli olması ilə maraqlanır. Daxili auditor rəhbərlik nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyan məsələlərlə bağlı hesabat verir.

Daxili və kənar audit arasında əsas fərq auditin məqsədidir. Kənar auditin məqsədi maliyyə hesabatlarının düzgün və ədalətli olması haqqında rəy bildirməkdir. Digər tərəfdən, daxili auditor isə müəssisənin maliyyə və qeyri-maliyyə aspektləri üzrə bütün fəaliyyətləri nəzərdən keçirməli, yoxlamalı, müəssisənin fəaliyyətləri haqqında zəmanət rəyi təqdim etməli və tövsiyələr verməlidir.

Sual 6

Kənar auditorlar daxili auditorlar tərəfindən həyata keçirilən fəaliyyətə etibar etmək istəsələr, kənar və daxili auditorun əvvəlcədən razılığa gəlməli olduqları məsələləri qeyd edin.




Yüklə 129,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin