Tələb olunur



Yüklə 129,56 Kb.
səhifə5/31
tarix10.05.2022
ölçüsü129,56 Kb.
#57098
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   31
Audit 2 sual ve cavablar Isa Aliyev

4-cü sualın cavabı:

(a)


(i) Qanunla müəyyən olunmuş auditin vəzifələri

Qanunla müəyyən olunmuş audit müvafiq qanunvericiliyin tələblərinə uyğun aparılır. Müxtəlif qanunvercilikdən asılı olaraq auditlərin vəzifələri də fərqlidir. Məs: Gəlir Vergisi Aktının tələb etdiyi qanunla müəyyən olunmuş audit gəlirin tamalanmasını və xərclərin düzgünlüyünü müəyyən etdiyi halda Şirkətlər Aktının tələb etdiyi audit maliyyə hesabatlarının müəssisənin maliyyə vəziyyətinə uyğun aparıb-aparılmadığını müəyyən edir. Buna görə də direktorun Şirkətlər Aktı əsasında aparılan auditin Gəlir Vergisi üçün aparılan audit hesabatında da istifadə oluna biləcəyi barədə irəli sürdüyü iddia doğru deyil. Çünki Gəlir Vergisi Aktının tələb etdiyi audit ayrıca yerinə yetirilməlidir.

(ii) Həm Şirkətlər Aktının, həm də Gəlir Vergisi Aktının tələb etdiyi auditə eyni auditorun təyin

olunmasının nəticələri

Bir auditi tamamlamaqla başqa bir auditə aid işi azaltdığına görə eyni auditorun müxtəlif audit işlərini yerinə yetirmək üçün təyin olunması sərfəlidir. Lakin adətən qaydalar eyni şəxsin müxtəlif xidmətlər göstərməsini qadağan edir. Bunun səbəbi auditroun bir müştəridən böyük məbləğdə ödəniş aldığı halda öz müstəqilliyini qoruya bilməyəcək olmasıdır. Məsələn, əgər müəssisə Şirkətlər Aktı üçün olan auditoru eyni zamanda Gəlir Vergisi Aktı üçün də təyin edərsə, o zaman həmin şəxs müştəridən gələn böyük məbləğdə gəliri saxlaya bilmək üçün P Şirkətinin qəbul etdiyi qeyri-adi mühasibat qaydalarından və əməliyyatlarından boyun qaçırmaq istəyə bilər. Burada, həmçinin, auditorun həm daxili auditor, həm də başqa məsləhət xidmətçisi kimi çalışaraq daha çox iş əldə etmək ümidi də yaranır. Bu hal auditorun müstəqilliyinə təsir göstərə bilər.

Sual 5

R şirkəti musiqi sistemləri, kameralar, televizorlar, kompyüter monitorları və s. elektron cihazlar istehsal edir. Nuray şirkətin yeni təyin edilmiş icraçı direktorudur. O, çoxsaylı auditlərin həyata keçirilməsini zəruri hesab etmir və bu məsələni müzakirə etmək üçün audit komitəsinin iclasını çağırır. Müzakirələr zamanı komitə üzvləri onu inandırmalıdırlar ki, hətta kənar auditin aparıldığı halda belə daxili auditə ehtiyac var.

Tələb edilir:

Audit komitəsinin üzvü olaraq kənar və daxili auditin hər ikisinin vacib olduğunu və onların rollarının fərqli olduğunu izah etmək üçün icraçı direktora deyilə biləcək məqamları qeyd edin.




Yüklə 129,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin