Tələb olunur



Yüklə 129,56 Kb.
səhifə18/31
tarix10.05.2022
ölçüsü129,56 Kb.
#57098
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   31
Audit 2 sual ve cavablar Isa Aliyev

17-ci sualın cavabı:

Müəssisə təhrif və saxtakarlıq hallarının qarşısını almaq üçün yaxşı tərtib olunmuş daxili nəzarət sisteminə sahib olmağı qarşısına məqsəd qoymuşdur. Yaxşı tərtib olunmuş daxili nəzarət sistemi təhrif və saxtakarlıq hallarının sayını azaldır və ya onları ilkin mərhələdə aşkar edir. Lakin daxili nəzarət sistemi çox yaxşı hazırlanıb icra olunsa belə bu təhrif və saxtakarlıq hallarının qarşısının tamamilə alınması demək deyil. Buna səbəb həmin nəzarət mexanizmlərinin daxili məhdudiyyətlərdir. Buna görə də Samir hər bir sahə üçün çox da geniş olmayan audit proseduraları aparmağı qərara alıb. Daxili nəzarət mexanizmlərinin çox möhkəm və yaxşı vəziyyətdə olmasına baxmayaraq onların yoxlanması çox mühümdür. Çünki nəzarət mexanizmləri daxili məhdudiyyətlər səbəbindən müvəffəqiyyətsizliyə uğraya bilər ki, bu da saxtakarlıq və təhriflərlə nəticələnə bilər.

Aşağıda Samirin təhrif və saxtakarlıqla bağlı qərarını aydınlaşdıra biləcək daxili məhdudiyyətlərə dair bir neçə nümunə verilmişdir:

Nəzarət mexanizmlərinin xərcləri doğrutlmaması

Müəssisənin daxili nəzarət mexanizmləri müəyyənləşdirilərkən xərclərin nəzərə alınması çox mühüm bir aspektdir. Yaxşı tərtib olunmuş daxili nəzarət sistemi daha çox işçinin cəlb olunması ilə reallaşa biləcək vəzifə bölgüsü tələb edir ki, bu da müəssisənin xərclərini artırır. Kiçik müəssisələr üçün nəzarət mexanizmləri çəkilən xərcləri doğrultmaya bilər. Lakin başqa tərəfdən baxsaq, effektiv olmayan nəzarət mexanizmləri də saxtakarlıq və təhrifə aparıb çıxaracaqdır.

Qeyri-adi xarakter daşıyan əməliyyatlarda effektiv olmaması

Daxili nəzarət mexanizmləri normal şəraitdə adi gündəlik əməliyyatları idarə etmək üçün hazırlanır. Belə ki, nəzarət mexanizmləri qeyri-adi hallarda, qeyri-adi əməliyyatları idarə etmək üçün tərtib olunmayıb. Buna görə də, belə əməliyyatlarla bağlı saxtakarlıq və dələduzluq halları baş verə bilər.

İnsan səhvi

Daxili nəzarət sistemi çox yaxşı tərtib olunsa belə, rəhbərlik və işçi heyəti tərəfindən icra olunmazsa, insanın etdiyi səhvlər və yanlışlıq üzündən bu nəzarət mexanizmləri effektiv olmayacaqdır. Daxili nəzarət sisteminin effektiv işləməsi üçün rəhbərliyin buna münasibəti də yaxşı olmalıdır. Daxili nəzarət sistemi rəhbərlik və kadr heyəti tərəfindən düzgün şəkildə icra olunduğu zaman effektiv ola bilər.

Nəzarət mexanizmlərindən yan keçmə ehtimalı

Səlahiyyətli şəxslər öz vəzifələrindən sui-istifadə edərək qeydləri manipulyasiya edə bilərlər. Qeydlərin manipulyasiyası şəxsi mənfəət üçün və ya üçüncü tərəfin xeyrini təmin etmək üçün ola bilər. Bu isə yanlışlığa və saxtakarlığa səbəb ola bilər.

Səlahiyyətli şəxsin öz vəzifəsindən sui-istifadə etməsi ehtimalı

Bəzən rəhbərlik öz vəzifəsindən həddindən çox faydalanaraq etibarsız əməliyyatları təsdiq edə bilər. Bunun nəticəsində, nəzarət mexanizmləri effektsiz olar ki, bu da saxtakarlığa və yanlışlığa səbəb olar.

Şərtlərdə dəyişikliyin olması və nəzarətin buna müvafiq dəyişdirilməyərək şərtlərə uyğun gəlməmə ehtimalı

Nəzarət mexanizmləri verilmiş şərtlərə əsasən çox effektiv şəkildə xidmət göstərə bilər. Lakin bu şərtlər dəyişərsə, o zaman nəzarət mexanizmləri onlara uyğun olmayıb effektsiz olar.

Məsələn, əsas heyət yenisi ilə əvəz olunarsa və yeni heyət mövcud nəzarət mexanizmlərini qəbul etməzsə, o zaman nəzarət mexanizmləri səmərəsiz olmuş olar. Bu səbəbdən də, auditor vaxtaşırı nəzarət mexanizmlərini dəyərləndirməli və onların verilən şərtlərə əsasən hələ də effektiv olub-olmadığını müəyyən etməlidir. Əgər nəzarət mexanizmləri effektiv olmazsa, o zaman onlar dəyişilməlidir. Bu saxtakarlıq və təhrif kimi halların qarşısını alacaqdır.

Rəhbərlik tərəfindən edilən manipulyasiya

Rəhbərlik elə bir vəzifə tutur ki, o nəzarət mexanizmlərini qəbul etməyə, maliyyə hesabatlarını hazırlamaq üçün lazım olan əməliyyatları, qiymətləri və fikirləri dəyişə bilər. Ona görə də rəhbərlik nəzarət mexanizmlərini nəzər almayaraq qərarlar qəbul edə bilər.

Nəzarət metodlarının köhnəlməsi

Bəzən nəzarət mexanizmləri elə köhnəlir ki, bu onların səmərəsiz olmasına səbəb olur.

Məsələn, əl ilə qeyd olunan mühasibat sistemi elektron sistemlə əvəz olunarsa, uçot qeydlərinin əl ilə qeydə alınması üzərində olan nəzarət mexanizmləri köhnəlmiş olacaqdır. Köhnəlmiş nəzarət mexanizmləri səmərəsiz ola biləcəyindən, bu da saxtakarlıq və təhrif kimi hallara səbəb ola bilər.

Bu səbəbdən də, Samir bütün sahələrdə mahiyyət üzrə müvafiq proseduralar aparmamış heç bir audit hesabatı verə bilməz.



Sual 18

S Şirkəti soyuducu istehsal edir. Şirkətin 225 işçisi var. Əmək haqlarının ümumi məbləği təxminən 550.000 dollardır. Auditorlar daxili nəzarət sistemini yoxlamaq üçün audit planı hazırladılar.

Plana aşağıda verilənlərin yoxlanması aiddir:


  • Ödəniş cədvəlində olan qeydlərə və pos terminalda 25 gün ərzində olan qeydlərə əsasən davamiyyət tabelinin yoxlanması.

  • təsdiqlənmə üçün hazırlanmış illik maaş artımı siyahısı və 20% işçinin maaş artımının yenidən hesablanması.

  • Hər ay maaşları ödənilən 5% işçinin əmək haqlarının yenidən hesablanması və təkrar icra.

Auditorlar aşağıdakı müşahidələri etdilər:

  • Binaya daxil olarkən və çıxarkən bütün işçilərdən kartlardan istifadə tələb olunurdu. 225 işçidən ən azı 100 nəfəri gün ərzində buna əməl etmirdi. Kartları vurub keçməməyin səbəbləri də rəhbərlik tərəfindən əsaslandırılmadı.

  • İllik maaş artımı siyahısı təsdiqlənməmişdi.

  • İllik maaş artımları auditorlara verilən siyahıya əsasən yenilənmirdi.

Tələb olunur:

Nəzarət yoxlanışlarının nəticələrinin audit planı və audit strategiyasına təsirini izah edin




Yüklə 129,56 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin