27-ci sualın cavabı:
Mühasibin mövqeyi düzgün deyildir. Auditor MVHH-də əks olunan məbləğlərin, yəni hesabat tarixinə olan qalıqların ədalətli olmasına dair rəyini bildirir. Bu qalıqlara dövrün əvvəlinə olan qalıqların təsiri daxildir. Dövrün əvvəlinə olan qalıqlar düzgün deyildirsə, dövrün sonuna olan qalıq da düzgün olmayacaqdır. Ona görə də MVHH ədalətli şəkildə təqdim edilmiş olmayacaqdır. Audit strategiyası elə tətbiq edilməlidir ki, müştərinin mühasibi əvvəlki illər üçün hesablardan çıxarışlar əldə etsin və izah edilməmiş fərqlər qalmamaq şərti ilə hesabı tam üzləşdirsin. Əgər gəlirə təsir edən əvvəlki illərlə bağlı səhvlərin indi düzəldilməsi zəruriyyəti aşkar edilirsə, bu maddələr MHMH-də əvvəlki illərin maddələri kimi qeyd ediləcəkdir. Üzləşdirilən maddələr üzrə fərqlər həll edildikdən sonra təchizatçıdan qalıqların təsdiqini yenidən təqdim etmək xahiş edilə bilər.
Sual 28
A audit şirkəti M şirkətinin uçot sistemini audit edərkən müəyyən edir ki, sirkulyasiya edilmiş debitor borclarının təxminən üçdə biri cavab verməmişdir. Bütün əhəmiyyətli audit risklərinin nəzərə alındığını təmin etmək üçün auditor nə etməldir?
Dostları ilə paylaş: |